Sumqayıtdakı özəl klinikalar təşviş içində
6-08-2013, 11:40
Oxunub: 6 442
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakıda özəl klinikalarla bağlı apardığı əməliyyat Sumqayıtdakı bəzi diaqnostika mərkəzlərində ciddi narahatlığa səbəb olub.
Bu günə qədər vətəndaşlarda qurd parazitlərinin təsbitini həyata keçirən bir çox diaqnostika mərkəzi məlum əməliyyatdan sonra sözügedən xidmətin artıq bağlandığını bildirib:
“Bakıdakı əməliyyatlardan təşvişə düşən bəzi klinika və diaqnostika mərkəzləri qurd təsbiti ilə bağlı vətəndaş müraciətlərini rədd edir, məlum xidmət növünün rəhbərliyin göstərişi ilə dayandırıldığını vurğulayır. Hansı ki, son iki gün bundan öncəyə qədər vətəndaşlardan müayinə üçün 50-55 manat arasında vəsait alan bu diaqnostika mərkəzlərində qurd təsbiti üçün həm qandan, həm də nəcisdən nümunələr götürülür, bunların analizi nəticəsində müraciət edən şəxsin sorğusuna müsbət və ya mənfi cavab verilirdi. DİN-nin məlum əməliyyatından sonra bu diaqnostika mərkəzlərində parazit təsbitinin dayandırılması isə göstərir ki, klinika yetkililəri apardıqları müayinənin obyektivliyindən əmin deyillər və buna görə də indiki məqamda çıxış yolunu bu istiqamətdə fəaliyyətlərini dayandırmaqda görürlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər