BolgeXeber.Com » Analitika » Göytəpə postunun baş inspektoru və komandiri prezidentin göstərişlərinə məhəl qoymurlar

Göytəpə postunun baş inspektoru və komandiri prezidentin göstərişlərinə məhəl qoymurlar

12-08-2013, 15:55
Oxunub: 6 577 Baş inpektor:”Qanun bizim əlimizdədir”
Xatırladaq ki,Bolgexeber.com xəbər portalında “Göytəpə postunda baş inspektorun özbaşnalığı”adlı məqalə dərc olunmuşdur.Məqalədə çoxsaylı sürücülərin Baş DYPİ –nin əməkdaşı Ələt-Astara magistral yolunda yerləşən Göytəpə postunda xidmət edən baş inspektor İdman Abdullayevin qanunsuz əməllərindən cana doyduqlarından,baş inpektorun özbaşnalığından bəhs edilirdi.Həmçinin saytda ”Qanun bizim əlimizdədir.Buna görə də nə istəyirik edirik.Həm də biz də yuxarıya haqq veririk”deyən baş inspektor İdman Abdullayev əməlindən əziyyət çəkən Yardımlı rayon sakini, 65 yaşlı Əbilova Kiçikxanımın şikayət məktubu öz əksini tapmışdır.
Belə ki,Yardımlı rayon sakini, 65 yaşlı Əbilova Kiçikxanım bildirib ki, onun da olduğu avtomobil İdman Abdullayev tərəfindən saxlanılıb və sürücü cərimələnib.Ancaq vətəndaşın dediyinə görə cəriməni ödədikdən sonra belə baş inspektor onları bilərəkdən sərbəst buraxmayıb, rüşvət vermədiylərinə görə onlar yarım saatdan çox boş yerə postda qalıblar.Halbuki 65 yaşlı Əbilova Kiçikxanım insepktora xəstə olmasını bildirib ki,o və bu səbəbdən ondan maşınlarını çox saxlamamasını xahiş edib.Bolgexeber.com məsələ ilə bağlı Göytəpə postunun komandiri
Hikmət Qafarovla əlaqə saxlayıb.Məsələyə münasibət bildirən Hikmət Qafarovöz işçisnin qanunsuz və qeyri-insani hərəkətinə bəraət qazandıraraq deyib ki, Əbilova Kiçikxanımın sərnişin olduğu maşın tam qanuni şəkildə saxlanılıb və onlar üçün sərnişinin və ya yaşlı qadının xəstə olmasının heç bir önəmi yoxdur.Bizim ,maşının saxlanılmasına heç bir etirazımız yoxdur.Sadəcə ortaya belə bir sual çıxır, bəs cərimə ödəılikdən sonra və sənədlərin yoxlanılması uzağı 10 dəqiqə çəkdiyi halda nə səbəbdən maşın yarım saatdan çox heç bir səbəb göstərilmədən sərbəst buraxılmır?! Qeyd edək ki, Göytəpə postunun komandiri Hikmət Qafarovun qardaşı vaxtı ilə Baş DYP İdarəsinin rəisi polis general – mayoru Ramiz Zeynalovun müavini olub və bu səbəbdən onun vətəndaşlara qarşı belə kobud münasibətinə "gözün üstə qaşın var" deyən yoxdur.Ancaq deyəsən bu DYP əməkdaşlarının prezidentin bu yaxınlardakı müşavirədəki sərt tənqidi çıxışdan özləri üçün düzgün nəticə çıxartmayıblar.Onların nəzərinə çatdıraq ki,prezident çıxışında məmurlarla vətəndaşlara aşağıdan yuxarı baxmamağı,onlarla xoş davranmağı və xalqa xidmət etmələrini tövsiyyə etmişdir.Əks halda isə prezident həmin məmurların cəzalanacağını bildirmişdir.Qeyd edək ki, Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Bolgexeber.com