Əhaliyə üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA
28-10-2021, 12:31
Oxunub: 8 752
Davamlı qoruyuculuq üçün "buster" (gücləndirici) doza vacibdir.
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. O bildirib ki, bunun heç bir yan təsiri yoxdur:
"Koronavirusa qarşı vaksinlərin yan təsiri adətən birinci dozadan sonra olur. İlk dozadan sonra yan təsir olmadığı halda, sonrakı dozalarda da olma ehtimalı azdır. Davamlı qoruyuculuq üçün buster (gücləndirici) dozanın tətbiqi önəmlidir.
Bu, ikinci dozadan 6 ay sonra vurulur. Çünki zaman keçdikcə vaksinin effektivliyi azalır. Bədənin koronavirusa qarşı müqavimətini davam etdirməsi üçün üçüncü dozanın tətbiqi tövsiyə olunur".
Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində buster dozanın immuniteti 5-10 dəfə gücləndirdiyi sübuta yetirilib.
Səhiyyə Nazirliyi də hər iki doza vaksin qəbul etmiş risk qrupuna aid olan şəxsləri, xroniki xəstəlikləri olanları, bütün tibb işçilərini və yaşı 60-dan yuxarı olan şəxsləri üçüncü dozanı qəbul etməyə çağırıb.
Pandemiyanın davam etdiyini, yeni subvariantların yarandığını və mövsümlə əlaqədar xəstəliklərin daha geniş vüsət aldığını nəzərə alaraq bütün dünyada buster dozanın önəmi vurğulanır. Artıq dünyanın bir sıra qabaqcıl ölkələrində üçüncü dozanın tətbiqi genişləndirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər