"Odnoklassniki" gündəmdən düşmür…
18-08-2013, 10:10
Oxunub: 6 519
Bu yaxınlarda çox maraqlı bir əhvalat eşitdim və fikirləşdim ki,onu öz oxucularımla bölüşməsəm sonra özüm özümü qınayacağam. Söhbətimiz “Odnoklassniki”dən gedəcək. Xatırladaq ki,keçən il biz Qafqazregion.az(hal-hazırda Qafqaznews.az )olaraq məşhur “Odnoklassniki”sosial şəbəkəsi ilə əlaqədar maraqlı bir yazı dərc etmişdik. Ancaq görünür ki, bu mövzu gündəmdən düşmək istəmir ki,istəmir. Əziz oxucu fikirləşə bilər ki, Rasimoğlu respublikada olan qlobal məsələləri qoyub niyə “Odnoklassniki”dən köşə yazısı yazır. Ancaq əziz oxucunun nəzərinə çatdırım ki,qlobal məsələlər həmişə var , həmişə də olacaq və onlarla oxucunu çox yormaq olmaz,hərdən yüngül mövzularda köşələr də yer vermək lazımdır ki,oxucu biraz da olsa oxuduğundan həzz alıb istirahət etsin.
Demək ,keçən il Qafqazregion.az yazmışdır ki, əgər “Odnoklassniki”də tanış olduğunuz qızlar sizə Torqovu küçəsinə görüş verirsə, o görüşə qetməyiniz məsləhət deyil.Getsəniz , ehtimal var ki,oradan birbaşa polis bölməsinə aparılacaqsınız. Yəni, tanış olduğunuz qız sizə həmin küçədə görüş təyin etsə ,sizdən 20 manat borc pul alacaq ki,bəs lazımdır ,ondan sonra siz bir yerdə güya istirahət etməyə gedəcəksiniz. Təbii ki,uzun müddət bir qızla virtual olaraq yazışan hər bir şəxs cibindən çıxarıb o pulu rahatca verəcək .
Ancaq həmin şəxsin heç ağlına da gəlməyəcək ki,qız gedib 20 manatın əvəzinə bir qutu nəşə alıb qayıdacaq və sonra onlar qol-qola girib güya istirahət etməyə gedəndə yolda onları polis saxlayıb bölməyə aparacaq . Bölmədə isə qızın çantasından həmən bir qutu nəşə çıxanda oğlan qızı pis vəziyyətdə qoymağı özünə sığışdırmadığından işi boynuna götürəcək və deyəcək ki,nəşə mənimdir, qızın burada heç bir günahı yoxdur .
Bir neçə saat keçəndən sonra isə oğlanın qardaşı gətirib pul verib qardaşını və onun tanış olduğu qızı polisdən çıxaracaq. Ancaq sən demə “Odnoklassniki”də tanış olan bu gənc oğlanın başına hələ bundan da dəhşətli hadisələrgələcək. Özündə təskinlik tapa bilməyən bu şəxs səhərisi gün yenə də Torqovu adlanan küçəyə baş çəkir və bir də görür ki,dünən bununla bir yerdə polis bölməsinə aparılan qız başqa oğlanla söhbət edir.Yenə də dərin düşüncəyə malik olmayan gənc fikirləşmir ki,dünən onun başına gələn “torba” olub və qaçır qızın qabağına ki, bura gəl mənim səninlə söhbətim var,gəl biz dünənki məsələyə aydınlıq gətirək. Qız da ona rədd cavabı verəndə həmin vaxt “torbası” tikiləsi oğlan,yəni qızın virtual həyatda tapdığı yeni qurbanlıq, duyuq düşərək qaçır və bununla da polislərin “tədbiri” pozulur.
Bundan əsəbləşən polislər gəlib oğlanı tutub yenə aparırlar bölməyə və orada onu o qədər döyürlər ki,oğlan düşür reanimasiyaya. Düzdür oğlanın qardaşı gəlib işə qarışandan sonra oğlanı Semaşkadan çıxarıb aparırlar Mərkəzi Klinikaya və oğlanı döyənlər qardaşından üzr istəyib deyirlər ki, oldu da,bilmədik,biz nə bilək ki, o səhər yenə də Torqovu küçəsinə qayıdıb bizim yeni tədbirimizi pozacaq.
Bax bu, keçən il Qafqazregion.az-ın yazdığı bir əhvalatdır. Əslində mən bu əhvalatı heç köşədə qeyd etməyəcəkdim,sadəcə olaraq yeni bir mövzu məni,bu mövzuya qayıtmağa məcbur etdi. Deyilənə görə Oğuz rayon polis şöbəsinin zabiti “odnoklassnikİ”in həvəskarı olduğundan tez-tez həmin sosial şəbəkəyə girib qızlarla tanış olurmuş. Ancaq bir dəfə elə yenicə “Odnoklassniki”ə daxil olur ki, görür bir nəfər şəxs, şəkildə əlində tüfənq tutub , profilininin aşağısında da yazılıb “Azərbaycan, Öğuz”. Bunu görən polis zabiti tez özünə yeni qız profili yaradaraq Oğuzdan olan oğlanla virtual həyatda tanış olur.
Bir xeyli onunla yazışandan sonra sonra qız obrazını yaradan polis zabiti, əlində tüfənq olan oğuzlu balasına bildirir ki, bir gözəl ovçu ilə tanış olub onunla birlikdə meşəyə ova getmək və onunla tənha qalaraq romantik həyat yaşamaq onun çoxdankı arzusu olub. Oğuzlu balasının da Torqovu küçəsinə görüşə gələn o gənc oğlan kimi dayaz düşüncəsi olur və heç ağlına gəlmir ki,bu qız profilinin arxasında bu dəfə qız yox,elə Oğuz RPŞ-in zabiti oturub . Bir sözlə polis zabiti o qız profili ilə əlində tüfəngi olan Oğuzlu balasının ürəyinə elə girir ki,, Oğuzlu balası bütün sirlərini və ov üçün tüfənglərinin bol olmasını ,ancaq onların polisdə qeydiyyatda olmamasını da açıb deyir. “Gözəl qız” isə Öğuzlu balasına söz verir ki,sabah o yuxudan oyanıb gözünü açan kimi o onu yanında görəcək.
Oğuzlu balası sevinərək və bunun hamısının həqiqət olduğuna inanaraq gözünü yumub yuxuya gedir və gecə yatıb səhər yuxudan oyananda görür ki,sən demə onun virtual həyatındakı sevgilisi elə onların rayon polis şöbəsinin pols zabitidir ,özü də qız yox bığları burma kişi əməliyyatçıdır. Bax belə əziz oxucular,belə maraqlı mövzulara görə “Odnoklassniki” hələ çox gündəmdə olacaq. Mən bu yazı ilə heç kimin xətrinə dəymək istəmədim,sadəcə onu xdemək istəyirəm ki,bu günləri bu virtual həyat bizim zamanəmizin reallığıdır. Bu səbəbdən,calışın virtual həyatda heç kimi aldatmayın,yoxsa sonda özünüz də aldanarsınız…
Rasimoğlu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər