Nəqliyyat nazirinin Yevlaxdakı kadrları “at oynadır”
21-08-2013, 12:40
Oxunub: 6 971
5 saylı Nəqliyyat Departamentinin rəhbəri Murad Səttarov marşrut xətlərini satıb; ağdaşlı sürücülər şikayətçidir
Nəqliyyat Nazirliyinin Yevlax rayonunda fəaliyyət göstərən 5 saylı Nəqliyyat Departamentində özbaşınalıq baş alıb gedir. Departamentin sədri Murad Səttarov və rəis əvəzedicisi Adil İsmayılov sürücülərə qan uddurur. Bu haqda “Yeni Müsavat”a Ağdaşdan olan bir qrup avtobus sürücüsü yazıb.
Məktub müəllifləri - Coşqun Bəkirov, Etimad Nəsibzadə, Nəsib Nəsibzadə, Sakit Cabbarov, Əliyar Abbasov və Həmid Şirinovun adından imzalanmış şikayət ərizəsində qeyd olunub ki, 5 saylı Nəqliyyat Departamentində qanunsuzluq, inhisarçılıq, qeyri-rəsmi xərac toplamaq adiləşib. Sərnişindaşıma sistemində yaradılan monopoliyanın başında isə departamentin sədri dayanıb:
“Nəqliyyat nazirinə vurulan teleqramlar ya çatmır, ya da oxumur. Nazirliyin Vətən adlı nümayəndəsi şikayət məktublarını alıb Yevlax departamentində rəis əvəzi olan Adil İsmayılova göndərir. Prezidentə, baş prokurora yazılan məktublar da departament sədrinə göndərilir. Adil İsmayılov heç kimdən qorxmadığını bəyan edir.
Gəncənin icra başçısı Elmar Vəliyevlə Yevlağın icra başçısı Qoca Səmədovun onu himayə etdiyini bildirir. 2010-cu ildən Ağdaşda ictimai nəqliyyatda xidmət göstəririk. Dövlətin müəyyən etdiyi rüsumu vaxtlı-vaxtında ödəmişik. Adil İsmayılovun gətirdiyi qəbzlərin üzərində 25 manat, 20 qəpik qeyd olunsa da, sürücülərdən 60-80 manat civarında “haqq” yığırlar".
Sürücülər yazırlar ki, departament sədri M.Səttarov nazirliyin haqqını ödədiyindən indi onlardan rahatlıqla rüşvət alırlar: “Sayəddin Cəbiyev və Nemət Hacıyev adlı adamlar 10 min manat verməklə Ağdaşda bütün marşrut xətlərini alıblar. Adil İsmayılov sürücüləri bir yerə toplayıb iclas keçirdi. Hamıya elan etdi ki, cənab nazir kənd və şəhərarası marşrut xətlərini Sayəddin Cəbiyevə satıb. Biz dövlətdən almalı olduğumuz lisenziyanı istəyirdik. Adil İsmayılov hər birimizdən 1200-1500 manat arası pul yığıb lisenziya və marşrut kartları verəcəyini vəd etdi. 2010-cu ildən bəri bizə lisenziya verməyiblər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər