Komitə sədri ilə bağlı şok rüşvət ittihamı
22-08-2013, 17:00
Oxunub: 6 195
DRX-nin Bərdə Ərazi İdarəsində biabırçılıq yaşanır, İmran adlı şəxs aldığı rüşvətləri Bakıya komitə sədrinə göndərdiyini deyir
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsində biabırçı hadisələr yaşanır. Belə ki, idarədə Dövlət Əmlakının İdarəedilməsi üzrə Komitənin rəhbəri Kərəm Həsənovun xüsusi göndərdiyi adam insanlarla kobud davranmaqla yanaşı, onları təhqir etməkdən də çəkinmir.
Aldığımız məlumata görə, idarədə heç bir ştat üzrə işləməyən, məhz Kərəm Həsənov tərəfindən göndərilmiş İmran adlı şəxs öz bildiyi kimi idarəni idarə edir. Onun funksiyası yalnız pulları yığaraq, onu Bakıya birbaşa Kərəm Həsənova göndərməkdən ibarətdir.
Məlumatlarda vurğulanır ki, DRX-nin bütün işçiləri üzərlərində ad və familiyaları olan vəsiqələr gəzdirdikləri halda, İmran adlı bu şəxsin kimliyini təsdiq edən heç bir məlumat mövcud deyil. Üstəlik, qapıdan içəri daxil olan və sənəd düzəltmək istəyənləri də özü qarşılayıb, bütün alverləri edərək həll etməyə çalışır.
İnsanlarla həddindən ziyadə kobud və etik normalardan kənar davranan bu şəxs hamının yanında bəyan edir ki, onu bura Kərəm Həsənov göndərib və missiyası da pul yığaraq ona çatdırmaqdır. Hətta şahidlərin dediyinə görə İmran bir dəfə açıq-açığına deyib ki, əgər Bərdədəki pulları yığıb Kərəm Həsənova göndərməsə, onu da işdən çıxararlar.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər