Ramiz Zeynalovu Səhlab Bağırov əvəzləyəcək
27-08-2013, 09:50
Oxunub: 5 515
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postunu təhvil verir, generala yeni vəzifə təklif olunacaq
Yaxın vaxtlarda Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi ola bilər. Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumata əsasən BŞBDYPİ-dəki əsas dəyişiklik elə idarənin rəisi, general Ramiz Zeynalovun işdən çıxarılması ilə bağlıdır. Qeyd olunur ki, generalla bu yaxınlarda danışıqlar aparılıb və onun nəzərinə çatdırılıb ki, artıq postunu təhvil verməyin vaxtı çatıb. Amma işdən çıxarıldıqdan sonra onu başqa bir vəzifə gözləyir.
Mənbə bildirib ki, Ramiz Zeynalov üçün iki əsas vəzifə nəzərdə tutulub. Birincisi, onun nazir müavini postuna gətirilməsidir ki, bunun indiki məqamda çətin olacağı düşünülür. Çünki DİN başçısı Ramil Usubovun müavinləri postlarından boş olanı yoxdur. Hazırkı müavinlərdən isə kimsənin işdən çıxarılması gözlənilmir.
İkincisi isə onun Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin etməkdir ki, bu mümkün versiyalardan sayılır. Çünki Ramiz Zeynalovun yerinə gətiriləcək şəxs faktiki olaraq BŞBPİ-də işləyir. Mənbə iddia edir ki, BDYPİ-nin rəisi general Ramiz Zeynalovu əvəzləyəcək şəxs BŞBPİ-nin rəis müavini Səhlab Bağırovdur. Hətta o da bildirilir ki, Bağırov indidən yeni vəzifəsinə hazırlığa başlayıb.
Onu da bildirək ki, prosesin seçkidən əvvəl və yaxudda seçkidən sonraya təsadüf edəcəyi hələlik məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər