Kənd təsərrüfatı nazirinin işi prokurorluqda
30-08-2013, 12:25
Oxunub: 7 380
İsmət Abbasov əlavə vəsait istədi, işi prokurorluğa göndərildi
Kənd Təsərrüfati Naziri Ismət Abasovun yaritmaz fəaliyyəti ölkədə kənd təsürrüfatini iflic vəziyyətə salıb.
Taxıl biçimi mövsümündə kombaynlar çatışmır, yetişdirilmiş məhsul batır, fermerlər ziyana düşürlər. Bu barədə redaksiyamıza bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, indi də ölkədə yoluxucu xəstəlik tüğyan edir, yüz minlərlə heyvanlar tələf olur, önləyici tədbirlər görülmür.
Başqa məlumatlara görə, taxıl yığımı dövründə yaranmış kombayn böhranını aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri Ismət Abasov Maliyə Naziri Samir Şərifova əlavə vəsaitlərin ayrilmasi üçün müraciət edib. Maliyə nazirinin Ismət Abasovla münasibətləri gərgin olduğundan, o, əlinə düşmüş imkandan istifadə edərək kənd təsərrüfatı nazirinə tutarlı zərbə vurur.
Maliyyə naziri Samir Şərifov Ilham Əliyevə müraciət edib ki, kənd təsərrüfatına ayrılan vəsaitlər imkan verirdi ki, bütün ehtiyaclar ödənilsin.
Maliyə naziri müraciətində xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış subsidiyalar, digər vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir.
Ilham Əliyev də maliyyə nazirinin müraciətinə əsaslanaraq yoxlama təyin edib. Yoxlama Maliyyə Nazirliyinə həvalə olunub. Aparılan araşdırmalar nəticəsində külli miqdarda korrupsiya faktları üzə çıxıb. Akt tərtib edilib, materiallar Respublika Prokurorluğuna göndərilib.
Mütəxəssis kimi bu araşdırmaya cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət şöbəsinin baş məsləhətçisi Faiq Bayramov Ismət Abasovun göstərişi ilə aktı imzalamaqdan imtina edib və təcili məzuniyyətə göndərilib.
Nazir Ismət Abasov faktları ört-basdır etməyə çalışır. Çünki bu korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyat edir.
Məlumatlarda həmçinin bildirilir ki, külli miqdarda mənimsəmələrə yol vermiş Şəki “Aqroservis” xidmətinin rəhbəri Rasim Qurbanovdan, onun qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovdan, “Aqrolizinq” ASC sədrinin müavini Elçin Mirzəyevdən işdən çıxarılmaları ilə bağlı ərizələri alınıb.
Lakin nazir Ismət Abasov onlarin əmrlərini verməyə tələsmir, prokurorluğun araşdırmalarının sonunu gözləyir. (azadlıq)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər