BolgeXeber.Com » Analitika » “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətindəki neqativ hallar haqda yazılanlar öz təsdiqini tapır

“Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətindəki neqativ hallar haqda yazılanlar öz təsdiqini tapır

31-08-2013, 00:35
Oxunub: 9 988 QafqazNews.az bildirir ki,bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sentyabrdan ölkənin təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə verilən və ya satılan qıdaların vahid tələblərini müəyyən edən dövlət standartının tətbiqinə başlayacaq. Məqsəd təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə nəzarət, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin etməkdir. Təhsil müəssisələrində bufetlərdə uşaqlara verilən qida məhsulları ilə bağlı mövcud olan problemlər bu yaxınlarda ATV telekanalında da işıqlanmış, kanalda problemə həsr olunan xüsusi veriliş də getmişdir.

Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müəssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Qəbul olunan AZS 747-2013 standartının əsas məqsədi haqqında təhsil işçilərinə məlumat veriblər. Bildirilib ki, 2 sentyabr 2013-cü il tarixindən başlayaraq adıçəkilən təhsil müəssisələrində bu standartın tətbiqinə başlanılacaq.

SMPDK-nın əməkdaşı Fuad Nağıyev dəyirmi masada bunları bildirib :“Təhsil müəssisələrinin bir çoxlarının bufetlərində və qidalanma sahələrində ciddi çatışmazlıqlar mövcuddur. Bu barədə seminarda bir çox məsləhətləşmələr həyata keçirildi və biz bu tədbirlərimizi yaxın gələcəkdə təhsil müəssisələrində tətbiqinə başlayacağıq, bu sahədə maarifləndirmə işini davam etdirəcəyik”.

Xatırladaq ki, yeni qəbul olunan standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadəsi tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunub.
Bütün bunlar bir daha bizim, ki,bir müddət əvvəl bizim ,“Qafqaz Region” internet portalında Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətində baş verən neqativ hallar haqda yazdıqlarımızın həqiqət olmasını təsdiqləyir.Halbuki, bir neçə müddət bundan əvvəl “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərlərindən olan Əzizağa Sultanov “Qafqaz region” internet portalının (hal-hazırda QafqazNews.az )təsisçisi və baş redaktoru Tağıyev Mahmud Rasim oğluna, “Bölgexeber.com” internet portalının rəhbəri Sultanov Vasif Əhmədağa oğluna , “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetinə qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi, üzr istənilməsi və vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Xatırladaq ki, məhkəmə iddiasına səbəb olan yazıda “Məktəbli və tələbə” ASC-nin məktəblərə keyfiyyətsiz qida payladığı, həmçinin, ASC-nin Qaradağ bazasının rəhbəri olan Ə.Sultanovun bufetçilərdən rüşvət aldığı, onlardan aylıq haqq tələb etdiyi iddia olunurdu. Məlumatda o da bildirilirdi ki, “Ə.Sultanov dərs ili başladıqdan sonra dövlət tərəfindən məktəblərə endirimli qiymətlərlə verilməli olan qida məhsullarını məktəblərə paylamır və bunları özü satır. Əvəzində isə öz bazalarında istehsal olunan keyfiyyətsiz məhsullar təklif edir. Məktəb bufetçiləri isə bu məhsulları almaqdan imtina edir.
Bu halda da Ə.Sultanov onlardan gündəlik rüşvət alır və bildirir ki, o, bufetçilərə öz qida məhsullarını zorla satmayaraq, onlara bufeti özləri istədikləri kimi işlətməyə şərəait yaradır. Ə.Sultanov hazırda da Yasamal və Qaradağ rayonunda yerləşən məktəblərin bufetçilərinə qan uddurur.

Bundan başqa yazıda qeyd olunur ki,Ə.Sulatanovun Yasamal və Qaradağdakı məktəblərin bufetçiləri ilə yeni müqavilə bağlamaq üçün onlardan 500 manat rüşvət tələb edir və bu prosedur İlham Hacıyevin tapşırığı ilə həyata keçirilir. Ancaq bununla belə Ə.Sultanov hər gün bufetçilərə müəyyən məbləğdə faktura yazır və onlara qida məhsulu verildiyini göstərir. Yaxşı, bəs Ə.Sultanov kimdir ki, dövlət tərəfindən məktəblərə ayrılan qida məhsullarını müxtəlif maxinasiyalar vasitəsilə “yeyir?
Aydındır ki,Ə.Sultanov bütün bu işləri qurumun rəhbəri İ.Haciyevə güvənərək həyata keçirib”.

Məlum yazıda həm Ə.Sultanov, həm də onun rəhbəri olan İ.Hacıyevin digər qanunsuz maxinasiyaları ilə bağlı da iddialar yer alırdı.


“Qafqaz Region “ İctimai Birliyinin sədri , QafqazNews.az xəbər portalının baş redaktoru Mahmud Tağıyev bizimlə söhbətində bildirmişdir ki, Ə.Sultanovun şikayətini və tələblərini tamamilə əsassız hesab edir. Sadəcə olaraq Ə.Sultanov istəyir , onun qanunsuz fəaliyyəti ilə bağlı mətbuatda heç kim heç nə yazmasın. Buna görə də hansısa bir yazıya görə eyni anda bir neçə mətbu orqanı məhkəməyə verərək mətbuata qarşı təyziq edir , gördüyü qanunsuz işlərin yazılı və elektron mediada yayılmasının qarşısını bu yolla almağa cəhd edir. Ancaq təbii ki, onun bu cəhdləri əbəsdir. Biz, Azərbaycan mətbuatı olaraq, bu cür məhkəmə təyqiqlərindən qorxan deyilik və bundan sonrakı fəaliyyətimizdə də hər zaman çalışacağıq ki, Ə.Sultanov və onun kimilərinin qanuna zidd əməllərinin ifşa edilməsinə nail olaq”,-baş redaktor qeyd etmişdir.

Xatırladaq ki,ki, Ə.Sultanov iddiaya səbəb kimi konkret olaraq “Qafqaz Region” internet portalının 11 sentyabr 2012-ci il tarixli buraxılışında ,adıçəkilən digər mətbu orqanlarda isə ayrı-ayrı tarixlərdə dərc olunan “Minlərlə şagirdin həyatını təhlükəyə atan İlham Hacıyev kimdir?” başlığı ilə dərc olunan eyni yazıda haqqında səsləndirilən fikirləri göstərmişdir .Qeyd edək ki,mətbu orqanlarla “Məktəbli və tələbə” iaşə ATSC -inməhkəməsi hələ də davam edir və sentyab ayı məhkəmənin yeni iclası keçiriləcək.

İddiaçı dərc edilmiş bu kimi məlumatların təkzib edilməsi, ondan üzr istənilməsi vəzifəsinin mətbu orqanların üzərinə qoyulması və dəymiş mənəvi zərər onlardan müştərək qaydada ona 10.000 manat kompensasiya tutularaq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Keçən ildən davam edən məhkəmə prosesi sona çatmış və məhkəmə Yasamal rayon Məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş, iddiaçı Sultanov Əzizağa Böyükağa oğlunun şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumata görə “Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzeti tərəfindən təkzib verilməsi və üzr istənilməsi, təkzib qətnamə icraya yönəldiyi və təkzibin verilməsi tələbi ”Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetinə daxil olduğu gündən sonrakı nömrədə verilməsi, mənəvi zərərə görə 600 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat bizim tərəfimizdən, yəni “Qafqaz region” internet portalı, “Bölge.Xeber.Com” internet portalı, “Gündəm xəbər” qəzeti və “İrəvan press” qəzetindən müştərək qaydada tutularaq iddiaçı Sultanov Əzizağa Böyükağa oğluna ödənilməsi barədə 24 yanvar 2013 –cü il tarixli qətnamə qəbul etmişdir.

Qeyd edək ki,məhkəməyə verilmiş 5 mətbu orqan öz hüquqlarının müdafiəsi üçün“Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri , peşəkar hüquqşünas Tağı Hüseynova müraciət emişdilər. Məhkəmədə cavadehlərin hüquqlarını müdafiə edən peşəkar hüquqşünas Tağı Hüseynov məsələ ilə bağlı əməkdaşımıza açıqlamasında bildirmişdir ki,qərar əsassız və ədalətsiz olduğundan bununla bağlı artıq apellyasiya şikayəti edilmişdir.

Xatırladaq ki, “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyəti , Bakı şəhərində yerləşən məktəblərə qida məhsullarını yayır. İlham Hacıyev də bu cəmiyyətin məşvərət şurasının sədri, yəni rəhbəridir. Onu da bildirək ki, bu cəmiyyət artıq uzun illərdir bu fəaliyyətlə məşğuldur. Hətta bağçalara qida paylanması işi də bu qurumun inhisarında idi. Lakin sonradan nə baş verdisə, bağçalara qida verilməsi işini bu cəmiyyətdən aldılar. Mənbələrimiz iddia edir ki, qidaların keyfiyyətsizliyi ucbatından bağçalara məhsul paylanması İ.Hacıyevin rəhbərlik etdiyi cəmiyyətdən alınıb. Nəzərə alın ki, hər dərs ili başlayan kimi “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 500 min manat vəsait ayrılır.

Bu qədər vəsaitlə isə məktəblərə demək olar ki, heç bir məhsul alınıb, verilmir.
Qeyd edək ki, “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin Bakıda təxminən 11 bazası var.Yazıda bildirilir ki, baza müdirlərindən qurumun rəhbəri İlham Hacıyevə ən yaxın olanı isə Qaradağ rayonundakı bazaya rəhbərlik edən Əzizağa Sultanov olub və onun İ.Hacıyevin sağ əli olduğu bildirilir. Ə.Sultanovun oğlu Orxan Sultanov isə Yasamal rayonunda yerləşən bazaya rəhbərlik etdiyi göstərilir. Ə.Sultanov oğlunu bu vəzifəyə təyin etmək üçün İ.Hacıyevlə yaxınlığından istifadə edib.Məhkəmə predmeti olan yazının məzmunundan da açıq aydın görmək olar ki, yazıda səslənən fikirlərdə əsasən zərərli qida məhsullarının minlərlə uşağın sağlamlığına təhlükə doğura biləcəyindən doğan narahatçılq və dövlət büdcəsindən ayrılan pulların maxinasiya yolu ilə yeyilməsi öz əksini tapıb. Buna görə də əgər ortada qanunsuz əməllər varsa , yazıda səslənən fikirlərin “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin məsul işçilərinin şərəf və layaqətinin ləkələnməsindən söhbət belə gedə bilməz. Xatırladaq ki, adıçəkilən obyektiv yazı heç də havadan yox,redaksiyaya daxil olan şikayət əsasında , məsələ araşdırılaraq yazılmışdır.

Normalda qarşı tərəf, əgər müəissənin fəaliyyətində neqativ hallar varsa və mətbuat bunu işıqlandırırsa mətbuatı məhkəməyə vermək əvəzinə həmin halları aradan götürməlidir. Ən azından isə qarşı tərəf yazıda onun ləyaqətini ləkələyən məqamlar görürsə sadəcə bu baradə öz mövqeyini elə adı çəkilən mətbu orqanlarda bildirə bilər və bununla bağlı təkzib verərdi. Ancaq məlum olduğu kimi nə İlham Hacıyev, nə də Əzizağa Sultanov buna heç çəhd də etməmişdilər. Bu da onu göstərir ki, yazıda göstərilən faktlar həqiqəti əks etdirir. Umumiyyətlə İlham Hacıyeva bildirmək istəyərdik ki, mətbuatın işi elə ictimai xarakter daşıyan mövzuları, neqativ halları tapıb işıqlandırmaqdır ki, bu da ancaq cəmiyyəti, dövlətin xeyrinədir, Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qarşı tərəfin mətbu orqanları məhkəməyə verməsinin əsas səbəbi heç də şərəf və ləyaqətin tapdanması iddiası deyil, etdikləri qanunsuzduqları ört-basdır etməkdir.

Biz qeyd etmişdik ki,məhkəməyə verilən mətbu orqanlar hal-hazırda da birlikdə cəmiyyətin qida məhsullarını payladığı dövlət müəssələrində manitorinq apara bilər və inanırıq ki, çox guman ki, indi də orda bir sıra qanunsuzluğlar üzə çıxacaq. Onu da deyək ki,cəmiyyətin fəaliyyətini tənqid edən tək adı çəkilən mətbu orqanlar olmamışdır.Onun rəhbərinin fəaliyyəti mütəmadi olaraq həm qəzetlər,həm saytlar ,həm də telekanallar vasitəsilə tənqid obyekti olub.Cəmiyyətin işində nöqsanlar barəsində ANS kanali və digər telekanallar da dəfələrlə tənqidi reportaj hazirlamişdir.Amma İlham Hacıyevin sədr olduğu cəmiyyəti həmişə kimlərsə yoxlamalardan qoruyub.

Əslində yüzlərlə dövlət müəissəsinə qida məhsulları paylayan və onminlərlə uşağın qida ilə təmin edən “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyət kimi müəissələrin fəaliyyəti tam şəffaf olmalı və onun qapısı da mətbuata daima aşıq olmalıdır.Əgər söhbət onminlərlə uşağın zəhərlənə biləcəyindən gedirsə mütləq ümumtəhsil məktəblərinin yeməkxanalarına verilən qidalara həm dövlət,həm cəmiyyət,həm də mətbuat tərəfindən güclü nəzarət olmalıdır.

Ancaq İlham Hacıyevin özünü aparmasından görünür ki,o hər vəchlə sədri olduğu cəmiyyətin fəaliyyətini cəmiyyətdən gizlətmək istəyir və , bu baxımdan “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətini qapalı,”bağlı tipli” məxfi quruma çevirib.Görünür onu ən əsas Azərbaycan cəmiyyəti yox,öz “cəmiyyəti” maraqlandırıb.
Lakin məhz bizim kimi mətbu oqanların mübarizəsi,əzmi,məhkəmələrdən çəkinməyərək həqiqəti deməkdə davam etməsi sayəsində qaldırdığımız problem hal-hazırda geniş ictimaiyyətə çatdırılıb və ATV Telekanalı belə bu mövzunu aktual hesab edərək artıq cəmiyyətdə geniş müzakirə olunan mövzuya geniş veriliş həsr edib .Ən əsası isə məsələ dövlət orqanlarının nəzarətinə götürülüb və dediyimiz kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sentyabrdan ölkənin təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə verilən və ya satılan qıdaların vahid tələblərini müəyyən edən dövlət standartının tətbiqinə başlayacaq.Bu əlbəttə bir daha bizim tənqidlərimizn heç də əsassız olmamasını bir daha sübut edir. Artıq rəsmilər də Təhsil müəssisələrinin bir çoxlarının bufetlərində və qidalanma sahələrində ciddi çatışmazlıqlar mövcud olmasını vurğulayır.Bu səbəbdən indi daha çox inanırıq ki,“Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin məsul şəxsi ilə bizim aramızda sentyabr ayında baş tutacaq növbəti , Apellyasiya məhkəməsi, ədalət bizim tərəfimizdə olduğundan bizm xeyrimizə ədalətli qərar çıxaracaq.
QafqazNews.az