Baş DYPİ-nin şöbə müdiri Kamran Əliyevin başı dərddə-Video
2-09-2013, 09:35
Oxunub: 6 695
Kamran Əliyev Tariyel Məmmədova ürək-dirək verib: “Siz nəinki beş qoşa, hətta “altı ,yanında sıfır” yaşınızda da MERO rəisi vəzifəsində xidmət edəcəksiniz”
Qeyd edək ki, bir neçə gün bundan əvvəl saytımızda 9 saylı MERO-nun rəisi Tariyel Məmmədovla bağlı yazılar dərc olunmuşdur. Hətta DİN-in Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bizimlə əlaqə saxlayaraq Tariyel Məmmədovun miliyonlarla manatla ölçülən imperiyasının olduğunu dolayısı ilə etiraf etmişdir. Mənbənin bildirdiyinə görə sonra həmişəki kimi Tariyel Məmmədov Baş DYPİ-ə çağrılıb danlanmışdır.
Baş DYPİ-dəki etibarlı mənbənin sözlərinə görə, bu dəfə idarəyə çağırılan Tariyel Məmmədov birbaşa Kamran Əliyevin otağına yollanıb və Kamran Əliyev ona ürək-dirək verib ki, bu yazılanların hamısı boş şeydir. Kamran Əliyev Tariyel Məmmədova təskinlik verərək deyib ki, sadəcə 2-3 gün səbirli olmaq lazımdır ki, bu yazılar gündəmdən düşsün və sonra Tariyel Məmmədov nəinki hal-hazırdakı vəzifədə “beş qoşa”,hətta “altı ,yanında da sıfır” yaşını da Mero rəisliyində keçirə bilər. Mənbənin bildirdiyinə görə Baş DYPİ-nin rəhbərliyi bütün bu məsələlərdə Kamran Əliyevi günahlandırb.
Ona iradlar tutulub ki, Baş DYPİ-nin əməkdaşları ilə əlaqədar mətbuatda gedən yazılar nəzarətə götürülmədiyinə görə və Kamran Əliyev tərəfindən ört-bastır edildiyi üçün, sonda Tariyel Məmmədov kimi məmurların miliyonlarla ölçülən obyektləri haqda şok məlumatlar mətbuata çıxaraq ictimaiyyətə çatdırılıb. Bir sözlə Kamran Əliyevin öz maraqları naminə 15 il ictimaiyyətdən qizlətdiyi məlumatları, Qafqaz Xəbər Ağentliyi ictimaiyyətə təqdim edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnaməsinin müvafiq maddəsinə görə 55 yaşı tamam olan polis məmuru təqaüdə çıxmalıdır.Yalnız istisna hallarda bu yaşdan sonra, o da , DİN-in müvafiq əmri ilə polis məmuru 5 il tutduğu vəzifədə qala bilər. Daxili İşlər Nazirliyinin hüququ var ki, nümunəvi xidmət keçən əməkdaşlarının yaş müddətini daha 5 il artırsın.Bizə də maraqlıdır ki, görəsən 9 saylı MERO-nun rəisi hansı xidmətlərinə görə bu vəzifədə qalmağa layiq görülüb ki,onun xidmət ili bir il də artırılacaq?!
Məmurdan savayı onun peşəkar biznesmen olduğunu biz bilirik,çünki bu məmur peşəkar biznesmen olmasaydı,yəqin ki, onun neçə miliyonlarla ölçülən imperiyası da olmazdı , bu imperiyanın olduğunu Kamran Əliyev də etiraf etməzdi.Bəlkə Tariyel Məmmədovun özünə bir milyard manat civarında sərvət toplamağa bacarması dövlətə layiqli xidmət sayılır , biz bilmirik?! Təkrarçılıq olmasın, əgər DİN-in Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Tariyel Məmmədova söz verərək ürək-dirək veribsə ki, “sən vəzifədə qalacaqsan” deməli Tariyel Məmmədov hələ 60 yaşınacan MERO rəisliyində qalaraq xidmət edəcək. Təxminən üç il bundan əvvəl, Kamran Əliyev bizi inandırmaq istəyirdi ki, Tariyel Məmmədovun 30 miliyonluq imperiyası yoxdur. Sonra üstündən 4 il keçdi, bizə bəlli oldu ki, onun varı miliyarda yaxınlaşır. İndi də yəgin ki, DİN-də onun “beş qoşa” yaşından “altı, yanında sıfır yaşınacan”, hər il Mero rəisi vəzifəsində qalması uzadılsa,deməli Tariyel Məmmədovun varı o vaxtacan iki miliyarda yaxınlaşacaq. Axı o məmurluqdan savayı üstəlik uğurlu biznesmendir...
P.S Bu yaxınlarda Gəncə şəhər YPX-nin əməkdaşları bir nəfər şəxsin idarə etdiyi avtomaşını saxlayıblar. O deyəndə ki, mən Tariyel Məmmədovun qohumuyam, YPX-çilər qəsdən onun avtomaşını əlindən alıb cərimə meydançasına aparıblar. Bununla da qeyd etmək istəyirik ki, Tariyel Məmmədov nəinki bütün Gəncəbasar zonasında olan vətandaşlarda,hətta hüquq- mühafizə orqanlarının əməkdaşlarında da nifrət oyadıb. Sonda isə onu qeyd edək ki, apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, bu şəxs Baş DYPİ-də yalnız Kamran Əliyev tərəfindən məhəbbətlə qarşılanır....
Bizi izləyin, araşdırmalar davam edir
Rasimoğlu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər