BolgeXeber.Com » Analitika » “Zeynəb Xanlarova hər yerə zəng edirdi ki, Seyfini Bakıdan çıxmağa qoymayın” Xalq artisti haqda yeni İTTİHAMLAR

“Zeynəb Xanlarova hər yerə zəng edirdi ki, Seyfini Bakıdan çıxmağa qoymayın” Xalq artisti haqda yeni İTTİHAMLAR

2-09-2013, 12:25
Oxunub: 6 579 S.Azərioğlu Zeynəb Xanlarovanı məhkəməyə, polisə təzyiq etməkdə də ittiham edib
Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarovanı məhkəməyə verən və hazırda aralarında qalmaqal yaşanan Türkiyə vətəndaşı Seyfi Azərioğlu Publika.Az-a danışaraq məsələyə aydın gətirib. S.Azərioğlu bildirib ki, o Z.Xanlarova üçün böyük bir iş görüb: “Bu elə bir iş idi ki, karyerasında belə bir uğur qazana bilməzdi. ABŞ-da sənədlərini gətirdim, 5 televiziya kanalı, 3 qəzetdə onun düz 45 gün reklamını təşkil etmişəm. Çünki onun yaşı 80-dir və reklamını aparmadan biletlərini sata bilməzdik. ABŞ-dan iki dəvətnamə gətirmişdim. Biri cənubi azərbaycanlıların böyük bir şirkətindən, digəri isə Azərbaycanın ABŞ-dakı konsulundan idi. Konsulumuz Los-Ancelesdə dəvətnaməni mənə verdi ki, onları dəvət edək, uğurlu iş quraq ki, gücümüz daha da artsın. Mən də getdim ABŞ konsulluğuna. Əvvəl dedilər ki, sənədləri doldurub gətirin. İkinci gün ABŞ-dakı konsulumuz mənə zəng etdi ki, onları ABŞ-a buraxmayacaqlar. Belə ki, ABŞ-ın Azərbaycandakı konsulu maliyyə konsulumuzun məktubuna cavabında bildirib ki, bir il bundan qabaq Zeynəb Xanlarova ABŞ-da konsert vermək üçün gedib, pulu alıb, amma, deyilənləri etməyib. Ona görə də onun ABŞ-a girişi qadağandır”.

S.Azərioğlu qeyd edib ki, onun 38 min pulunu qaytarmalıdırlar. Onun sözlərinə görə, konsert üçün xərclədiyi pullar, biletlərin bron edilməsi və s. işlər üçün sərf etdiyi maliyyə onun cibindən çıxıb: “İndi də bunlar pulumu istəyəndə təzyiq edib vermirlər. Məni aldadıb, 38 min dollar pulumu da qaytarmadılar. Dəfələrlə telefonuna zəng etdim, ya bağlı oldu, ya da cavab vermədi. Ona görə də məhkəməyə müraciət etdim”.

S.Azərioğlu Zeynəb Xanlarovanı məhkəməyə, polisə təzyiq etməkdə də ittiham edib. Bildirib ki, onu xarici vətəndaş olduğu üçün saxlaya bilməzdilər: “Zeynəb Xanlarova bütün tapşırıqları verir, gah polisə, gah məhkəməyə, gah da Prezident Administrasiyasına zənglər edirdi. Hər yerdə adam göndərirdi ki, Seyfi Azərioğlunu saxlayın, qoymayın getsin. Belə də ədalətsiz olar. Məni polisdə cəmi 2 saat saxladılar. Aslan İsmayılov polisə saxta sənəd təqdim etmişdi. Amma polis də, məhkəmə də bunları anladı və məni sərbəst buraxdılar. 6 ay idi ki, Bakıdaydım. 3 aydır bu proses gedir. Hər yerə əl atırdım ki, ölkədən çıxım. Onlar məni cinayət şöbəsində qədər şikayət etdilər. Polis isə sənədlərimi görəndən sonra hər şeyi an ladı. Amma heyf ki, ədalət yerini tapmadı”.

Qeyd edək ki, bu ilin əvvəlində Z.Xanlarovanın dəvəti ilə ölkəmizə gələn Türkiyə vətəndaşı S.Azərioğlu ilə xalq artisti arasında qalmaqal yaranıb. Qalmaqal Z.Xanlarovanın Amerikada planlaşdırılan konsertlərinin xalq artistinə viza verilməməsi səbəbindən baş tutmamasından sonra ortaya çıxıb. Hazırda hər iki tərəf bir-birini işgüzar nüfuzuna ziyan vurmaqda ittiham edərək bunun müqabilində dəymiş ziyana görə təzminat tələb edir. S.Azərioğlunun artıq Azərbaycanı tərk etdiyini deyilir. Deputat Çingiz Qənizadə Publika.Az-a açıqlamasında http://www.publika.az/index.php?action=static_detail&static_id=64241 millət vəkili Zeynəb Xanlarova ilə Türkiyə vətəndaşı Seyfi Azərioğlu arasında yaşanan qalmaqalda onun da adının hallanması məsələsinə münasibət bildirib.

Ç.Qənizadə Publika.Az-a açıqlamasında S. Azərioğlunun onun qəbulunda olduğunu təsdiqləyib: “Qəbul zamanı o mənə bildirdi ki, guya mənim telefon nömrəmi ona Türkiyədə kimlərsə verib. Mənə bildirdi ki, vəkilim Aslan İsmayılovdur və Zeynəb xanımla aramızda problem yaşanır və sairə. Mən də o”nun sənədlərinə baxdım. Ancaq məsləhət gördüm ki, gedib bu məsələni öz vəkili ilə müzakirə etsin"

Asif