Siyasi məhbus karsa salındı
5-09-2013, 22:25
Oxunub: 7 913
Bu gün əldə olunan məlumata görə Penitensiar Xidmətin 12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən məhkum jurnalist Fuad Hüseynov müəssisənin cərimə təcridxanasına salınmışdır. İlk ehtimalla görə onun cəzalandırılması səbəbi 12 saylı Cəza Çəkmə Müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Kütləvi İnformasiya Vasitələrində gedən yazılardır. Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə o, həmin cəzaçəkmə müəssisəsinin bəzi məhkumlarından məktublar almış və məktublarda olan yazıları dərc etmişdir. O bu günə qədər Fuad Hüseynovdan isə heç bir məktub almadığını bildirmişdir. Həmçinin Fuad Hüseynov telefon zənglərində bildirirmişdir ki, “buradan nə yazı getsə rəis Aftandil Ağayev məndən şübhə edir”. Hüquq müdafiəçisi Cəza Çəkmə Müəssisəsinin rəisi ilə telefon əlaqəsi saxlamış və Fuad Hüseynovun cərimə təcridxanasına salınması faktını dəqiqləşdirmişdir. Rəis Aftandil Ağayev Fuadın cərimə təcridxanasına salınma səbəblərinə isə heç bir aydınlıq gətirməyədən qeyd etmişdir ki “nə isə var ki, ora salmışıq”.
Xatırladaq ki, jurnalist Hüseynov Fuad Oktay oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Ucar rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Bir çox hüquq-müdafiə təşkilatları onun qanunsuz ittihamlarla tutulduğunu bəyan etməklə onu siyasi məhbus olaraq tanımışdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər