BolgeXeber.Com » Analitika » “Lənkaranın icra başçısı Taleh Qaraşovun və onun yaxınlarının təhdidlərinə son qoyulmalıdır”

“Lənkaranın icra başçısı Taleh Qaraşovun və onun yaxınlarının təhdidlərinə son qoyulmalıdır”

6-09-2013, 11:50
Oxunub: 7 481 Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun yaxınları təhdidlərini davam etdirirlər

Bir neçə gündür ki, bolgexeber.com saytının baş redaktoru Vasif Turana qarşı Lənkaran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun yaxınları təhdidlərini davam etdirirlər. Məsələ ilə bağlı saytımızın əməkdaşları 30gun.az xəbər portalının baş redaktoru Namiq Cəfərlinin də icra başçısı Taleh Qaraşovun təşkilatçılığı ilə son günlər Vasif Turanın hədələnməsinə münasibət öyrənib.
30gun.az xəbər portalının rəhbəri Namiq Cəfərli bolgexeber.com saytının rəhbəri Vasif Turana qarşı təhdid dolu hədə qorxuları pisləyib: "Təəssüflə qeyd edim ki, bu gün Azərbaycanda bəzi məmurlar özlərini qanqster kimi aparırlar. Görünür Taleh Qaraşovda belə məmurlar sırasındadır. Əgər belə olmasaydı icra başçısı saytınızın baş redaktoru Vasif Turana qarşı təhdidlərini davamlı şəkildə aparmazdı. Təbii ki, bu qəbul edilməzdir. Biz hüquqi dövlətdə yaşayırıq. Müvafiq qurumlar icra başçısının bu özbaşınalıqlarının qarşısının alınması istiqamətində ciddi addımlar atmalıdırlar. Hesab edirəm ki, jurnalistlərə qarşı təhdidlərə son qoyulmalıdır və Taleh Qaraşov kimi məmurlar cəzalandırılmalıdır".