BNA-da yoxlamaların nəticəsi: Alınmalı olan 415 avtobus ortada yoxdur...
12-04-2022, 18:00
Oxunub: 1 632
Bakı Nəqliyyat Agentliyində aparılan yoxlamaların nəticələri məlum olub.
APA-nın BNA-dan əldə etdiyi məlumata görə, Hesablama Palatasının apardığı audit zamanı məlum olub ki, Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluq auditinin nəticələri üzrə Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatın İntellektual idarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi çərçivəsində müəyyən işlər görülüb.
Ancaq yoxlama nəticəsində tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 03 aprel tarixli müqavilələrlə) əməliyyatları başa çatmadığı üzə çıxıb.
Eyni zamanda həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi şəraitində Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməyib. Xatırladaq ki, Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2022-ci il 7 fevral tarixli fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Eyni zamanda Agentliyin balansında olan və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki Daxili İşlər Nazirliyinin balansına verilib.
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət