Naviqasiya avadanlıqları biznesi kimdədir?
9-09-2013, 10:25
Oxunub: 5 503
Ziya Məmmədovun adamı bütün dövlət qurumlarına ucuz malı baha qiymətə satmaqla məşğuldur
Azərbaycanda bütün dövlət qurumları, Nəqliyyat Nazirliyinin tabeçiliyində olan taksilərə və digər avtomobillərə naviqasiya avadanlıqlarının yerləşdirilməsi əsl gəlir mənbəyinə çevrilib. Tia.az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan bu biznes sahəsinin illik gəliri bəzən milyonlarla manatla ölçülür.
Bununla bağlı apardığımız araşdırmalar nəticəsində məlum olub ki, naviqasiya avadanlıqları biznesinin inhisarı birbaşa nəqliyyat naziri Ziya Məmmədovun biznesini idarə edən ən yaxın adamsı Ceyhun adlı şəxsdədir. Belə ki, o, bütün taksilərə və dövlət qurumlarının avtomobillərinə məcburi qaydada naviqasiya avadanlıqları yerləşdirməklə məşğuldur. Qəribə hal odur ki, Azərbaycana 48 manata başa gələn bu avadanlıqlar dövlət qurumları və digər sahələrdə işləyən avtomobillərə görə qiymət dəyişdirir. Məsələn, dövlət qurumlarının maşınlarını bağlanan bu avadanlıq əgər 900 manat qiymətləndirilirsə, taksilərdə bu rəqəm 160 manata qədər enir.
Məlumatda o da vurğulanır ki, hal hazırda bu biznesin daha da genişləndirilməsi üçün xüsusi plan üzərində işlənilir. Böyük ehtimalla artıq şəxsi maşınlarda da bundan sonra naviqasiya avadanlıqlarının quraşdırılmasına start veriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər