“Bakcell” müştəriləri necə aldadır?
9-09-2013, 13:10
Oxunub: 6 860
Azərbaycanın ilk mobil operatoru olduğunu aləmə car çəkən ”Bakcell” abonentlərini necə aldadır?
Azərbaycanın ilk mobil operatorunun ilk abonentlərindən biri də mənəm. İnsafən ”Bakcell” şirkəti ilk zamanlar öz işinin öhdəsindən yaxşı gəlirdi. Ataların sözü olmasın hər şeyi təzəsi..
“Bakcell” son illər ərzində yalnız abunəcilərini aldatmaqla məşğuldur desək, yanılmarık. İnternet paketlər barədə isə danışmağa dəyməz. Elə oxucularımızdan biri də öz şikayətini bizə ünvanlayıb. Şikayəti dərc edirik:
“Bildiyimiz kimi, Bakcell-in internet paketləri olur, sifariş edirsən və bu paketlə girirsən internetə. Mən də həmişə paket sifariş edib, internetdən istifadə edirəm. Paket olmadan isə internetdən istifadə edərkən qiymətlər çox baha olur. İnternet paketini istifadə edərkən balans bitəndə xəbərdarlıq gəlir ki, “paketiniz bitdi”. Mən də bu vaxt internet istifadəsini dayandırıb yeni paket götürürəm. Amma hərdən belə də olur ki, paket bitir, bu xəbərdarlıq mesajı isə gəlmir. Bu zaman isə istifadə etdiyim internetin pulu balansımdan çıxılır.
Bu hal bir neçə dəfə təkrar olunub. Balansımdan 18 AZN, 15 AZN, 12.5 AZN məbləğində pul silinib. Dəfələrlə Bakcell-in məlumat mərkəzinə, müştəri xidmətlərinə müraciət etməyimə baxmayaraq heç bir kömək göstərilməyib. 6 iyun tarixində Bakcell MMC-nin Saroyevo ev.1E, 2322-ci Məhəllə ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzinə müraciət etdim. Aysel Qurbanona adlı əməkdaş problemlə maraqlandı. “Textiki prollemdir” deyib üstündən keçiblər. Nömrəmi qeyd ediblər ki, problemimlə maraqlanıb xəbər edəcəklər. Amma heç kim maraqlanıb xəbər etməyib. Sonuncu dəfə yenə 28 iyun tarixində bu problem təkrarlandı. Yenə də balansdan 8 azn məbləğində pul silindi. Yenə Sarayevo ev.1 “E”,2322-ci Məhəllə ünvanındakı ofisə müraciət etmişəm. Misal üçün deyim ki, Azərcell nömrəmlə bağlı kiçik bir problem olmuşdu. Problemi həll edib, üzrxaxlıq etdilər. Sonrakı günlər ərzində də 2 dəfə zəng edib bu problemin təkrarlanmadığı ilə maraqlandılar. Bakcell-də isə “müştəri məmnuniyyəti” adlı anlayış yoxdur”.
Qeyd edək ki, şikayətçinin nömrəsi 055 … 30 30-dur. Bu məsələ ilə bağlı eyni hallarla üzləşən insanlar bizə dəfələrlə şikayət ediblər. Mövzu ilə bağlı Bakcell-in də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər