BolgeXeber.Com » Analitika » Xırdalan təhsilində rüşvət qalmaqalı

Xırdalan təhsilində rüşvət qalmaqalı

11-09-2013, 12:50
Oxunub: 6 017 Uşağını birinci sinifə göndərən valideyn üsyan edir

İddia: Xırdalan şəhər 3 saylı məktəbdə birinci sinifə gedəcək olan uşaqların valideynlərindən rüşvət tələb olunur

«Bir neçə ay əvvəl prezidentin sərəncamı ilə yeni təhsil naziri nin təyin olunması valideynlərdə belə ümid yaratmışdı ki, təhsil sektorunda baş alıb gedən neqativ hallar ortadan qaldırılacaq. Amma çox təəssüf ki, bu gözləntimiz özünü doğrultmadı. Orta məktəblərdə yenə də direktorlar şagirdlərdən və valideynlərdən pul tələb etməkdə davam edirlər.»

Bunu Xırdalan şəhərindən PİA.AZ-ın elektron poçtuna ünvanlanan şikayət məktubyazan şikayətçi bildirir. Şikayətçi valideynin bildirdiyinə əsasən Xırdalan şəhər 3 saylı orta məktəbin direktoru Sevinc Əliyeva bu ilk dəfə birinci sinifə gedəcək olan şagirdlərin valideynlərinin hər birindən 50 manat tələb edir. Şkayətçinin məktubunu olduğu kimi kiçik ixtisarla təqdim edirik:

«Mənim uşağım bu il birinci sinifə gedəcək. Uşağımın sənədələrini Xırdalan şəhər 3 saylı orta məktəbə apardım. Ancaq mənə məktəbdə bildirdilər ki, sənədələrlə bərabər 50 manat da verməliyəm. Səbəbini soruşduqda bildirdilər ki, direktorun təlimatı belədi.birinci sinifə yazılan hər bir şagirdin valideyni 50 manat ödəməlidir. Mən etiraz etdikdə isə mənə açıq şəkildə bildirdilər ki, get məsələni direktor Sevinc Əliyeva ilə həll elə. Biz onun tapşırıqlarını yerinə gətiririk. Direktorla görüşdüm. O da eyni şeyi təkrar etdi. Bildirdi ki, ona verilən təlimat belədi. Hər bir birincinin valideyni 50 manat verməlidir. Əks təqdirdə uşaq məktəbə qəbul olunmayacaq. Başqa məktəbə müraciət edin.

Qəribədir, görəsən direktora bu təlimatı verən kimdir? Təhsil naziri Mikayıl Cabbarov, yoxsa başqa biriləri. Bu biabırçılıq və rüşvətxorluq nə zamana qədər davam edəcək? Axı prezidentimiz dəfələrlə öz çıxışında rüşvətxorluğa qarşı mübarizə aparıldığını bildirir. O zaman əlaqədar təşkilatlar və Təhsil Nazirliyinin qurumları hara baxır?»

Şikayətçi həmçinin bildirir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin qaynar xəttinə zəng etməyə çalışsa da, ona cavab verən olmadı.
Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…
Bolgexeber.com