BolgeXeber.Com » Analitika » "Bandotdel" rəisinin adı hallandırılan xəbərlə bağlı şok qalmaqal

"Bandotdel" rəisinin adı hallandırılan xəbərlə bağlı şok qalmaqal

13-09-2013, 10:15
Oxunub: 6 432 Müsavat.com yazıb ki, Türkiyənin ən böyük qəzetlərindən olan “Habertürk”ün redaktoru Murad Bardakçı adından Azərbaycan mətbuatına ötürülən xəbərin yalan olması təsdiqlənib.

Sayt bunları yazır: " Xatırladaq ki, 12 sentyabr gecəsi "Habertürk" qəzetinin redaktoru kimi göstərilməklə, M. Bardakçının adından Azərbaycandakı əksər qəzetlərin, baş redaktorların ünvanlarına e-mail göndərilib. Orada adıçəkilən qəzetin saytında "Azeri iş adamının katlində yeni isim" başlığı ilə dərc olunan məqalənin foto-surəti (scrinşot) əlavə olunmuşdu. Həmin sənəddə iddia olunurdu ki, "Lotu Qoca" ləqəbli iş adamının Türkiyədə qətlə yetirilməsində MCQMİ-nın rəisi Mirqafar Seyidov bilavasitə iştirak edib. Lakin redaksiyalar həmin yazını qeyd olunan saytda axtaranda, məlum oldu ki, elə bir yazı haberturk.com saytında mövcud deyil. Azərbaycandakı bir sıra mətbu orqanlar xəbəri gerçək kimi manşetdən yayınladılar. Musavat.com isə kiçik bir təftişlə bu hadisənin saxta olduğunu üzə çıxartdı. Xəbəri yayınlayan həmkarlarımızın haqsız ittihamına tuş gəlsək də, bu işin sonuna çıxa bildik. Musavat.com müxbiri gün ərzində eyniadlı qəzetin, saytın və televiziyanın rəhbəri Fatih Altaylının asisenti ilə əlaqə saxlayıb. O, F. Altaylının adından bildirib ki, göstərilən yazı onların media qrupuna aid deyil, nə qəzetdə, nə televiziyada, nə də saytda son 24 saatda elə bir yazı dərc olunmayıb. "

Musavat.com daha sonra adından Azərbaycanın bütün qəzetlərinə mail getmiş professor Murad Bardakçının köməkçisi Şükrü Gürbüzlə telefon əlaqəsi saxladığını yazır. " Gürbüz bəy kəskin bir dillə bu olayı yalanlayıb: “Mən Murad bəylə indi danışdım. O, belə bir mail göndərməyib, özü də bir həftədir işə çıxmır. Hazırda yurddışındadır...”
Gürbüz bəy bildirdi ki, müsavat.com-dan gedən sorğunu Murad Bardakçı alıb, məsələnin məğzini bilir və bu barədə şənbə günü efirə gedəcək müəllif proqramında danışacaq: “Biz artıq bu çirkin oyuna qarşı yalanlama hazırlayırıq. Cümə ertəsi yayınlanacaq (Türkiyə vaxtı ilə saat 23.15-də) “Tarixin arxa odası” verilişində bu məsələdən danışacağıq ”.


Şükrü Gürbüz dedi ki, “Habertürk”ə aid heç bir media quruluşunda bu başlıqla, bu məzmunda heç bir yazı getməyib: “Murad bəyin orada göstərilən e-posta ünvanı yoxdur. Onun [email protected]. e-mail ünvanına mən baxıram. Buradan Azərbaycana heç bir məktub getməyib.


Bu yazını sayta qoymaq ərəfəsində, Murad Bardakçının özü ona yazdığımız sorğuya cavab verdi. Cavabı orijinalda təqdim edirik (Murad bəy ingilis şriftlərindən istifadə edib): “Rauf Bey, alakaniza teşekkür ederim. Ben Azerbaycan'a mail falan
gondermedim. Yazdiginiz konudan haberim yok, cinayeti de bilmiyorum,
gönderilen maili de. Zaten gecen haftadan buyana Turkiye'de degil,
Fransa'dayim. Size yahut Azerbaycan'da başka bir yayin organina mail
göndermedim, dediğim gibi hadiseden de haberim yok, simdi sizin mailinizi
okuyunca biraz öğrendim. Sahtekar birisi benim adimi kullanıp mail
gondermis. Bu aciklamami düzeltme maksadi ile kullanirsaniz müteşekkir
olurum.

Saygilarimla Murat Bardakci”

Haqqın.az saytı isə Müsavat.com-u təkzib edib. Sayt "Habertürkün baş redaktoru Fatih Altaylını danışdırdığını yazır. "Bu dəqiqələrdə “Musavat.com” saytı Türkiyənin “Habertürk” qəzetinin general Mirqafar Seyidovun “vor zakon” Rövşən Lənkəranski ilə görüşünə dair informasiyanı təkzib etdiyinə dair xəbər yerləşdirib. Sayt “Habertürk”un baş redaktoru Fatih Altaylının adı çəkilməyən “assistentinə” istinad edir.
Biz öz növbəsində Fatih Altaylının özüylə əlaqə saxladıq və o “Yeni Müsavat”ı təkzib etdi. “Mən Ankaradan İstanbula indicə qayıtmışam. Öz məqaləmizlə bağlı heç bir təkzib verməmişik. Bu faktla bağlı araşdırmaya başlamışıq və başa çatandan sonra nəticəsi barədə sizə məlumat verəcəyik” Altaylı bildirib.