Kişilər niyə evlənmək istəmirlər? Psixoloqdan açıqlama
30-07-2022, 19:00
Oxunub: 1 008
Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir.
Bu barədə rusiyalı psixoloq Yelizaveta Filonenko bildirib.
Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.
“Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır”, - deyə psixoloq izah edib.
Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Filonenko son zamanlar populyarlaşan dəbdəbəli toy dəbini də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biri adlandırıb. O, nikah mərasimi, üzüklər və bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayıb.
Mənbə: Doktorpiter.ru
Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- 11-08-2022, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə