Teledebatdakı qalmaqal qabaqcadan planlaşdırılıb
21-09-2013, 15:10
Oxunub: 6 179
Şənbə günü saat 16.00-da Azərbaycan Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasın gündəliyində sentyabrın 19-da İctimai Televiziyada prezidentliyə namizədlərin debatında baş vermiş hadisəyə baxılacağı gözlənilir.
Tamaşaçılar Cəmil Həsənli prezident İlham Əliyevi korrupsiyada ittiham etməyə başladıqda, hökumətyönlü Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin müxalifətin vahid namizədi Cəmil Həsənlinin çıxışını kobud şəkildə kəsərək, onu təhqir etməsinin və fiziki hesablaşma ilə hədələməsinin şahidi olublar. Nəhayət, tamaşaçıların gözü önündə Hacıyev su ilə dolu plastik butulkanı Həsənliyə atıb, butulka masanın üzərində səkərək Həsənlidən yan keçib.
Teledebatların aparıcısı Füzuli İsmayılov Həsənliyə ayrılmış 6 dəqiqəlik çıxışa heç cürə imkan verməyib, İTV isə Həsənlinin ünvanına xəbərdarlıqedici qeyri-adekvat rəsmi bəyanatla çıxış edib.
Bəzi faktar göstərir ki, Həsənliyə qarşı təxribat əvvəlcədən planlaşdırılıb. Məsələn, birinci və ikinci teledebatların videosüjetlərinin təhlili göstərib ki, birinci dəfə hər bir namizədin qarşısında içərisində su olan plastik stəkanlar qoyulmuşdu, ikinci debatda isə artıq su dolu butulkalar qoyulub. Bundan başqa, Həsənli aparıcıya Hacıyevi intizama çağırmaq və Hacıyevin müdaxilə etdiyi dəqiqələri saymamaq çağırışlarına adekvat reaksiya almayıb. Əksinə, aparıcı Hacıyevin destruktiv hərəkətləri üçün şərait yaradıb və qanunsuz olaraq Həsənlini guya vaxtının bitməsi bəhanəsi ilə çıxışdan məhrum edib. Həmçinin Həsənlinin çıxışı zamanı İTV çıxışa müdaxilə edən Hacıyevi göstərib, baxmayaraq ki, buna hüququ yox idi.
Turan-n bu iradları şərh etmək xahişinə cavabda Cəmil Həsənli belə deyib: “Birinci debatlarda həqiqətən stəkanlar qoyulmuşdu və Hafiz Hacıyev istehza ilə İTV əməkdaşından stəkanları ağzına qədər doldurmağı tələb edib, bəlkə də kiminsə üstünə boşaltmaq lazım gələcəyini qeyd edib. İkinci debatda butulkalar peyda olub. Hafiz Hacıyev debatlar zamanı suyu tez boşaldıb, ona ikinci butulkanı gətirdikdə o, hədələyərək bildirib ki, görünür, onu kiməsə atmaq lazım gələcək”.
Bütün bunlar Hacıyevin mənə qarşı təxribat hərəkətlərinin planlaşdırılmış xarakterli olduğunu göstərir.
Həsənli hesab edir ki, namizədlərin bir hissəsinin çıxışının böyük hissəsini ona qarşı hücumlara həsr etməyə davam etdiyi bir şəraitdə bu cür təxribatlar davam edə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər