BolgeXeber.Com » Analitika » Dəmiryolçular Qovlarlı Ramizin publarını müflis etdilər

Dəmiryolçular Qovlarlı Ramizin publarını müflis etdilər

24-09-2013, 16:20
Oxunub: 7 093 Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun oğlu və onun qohumları ilə bağlı qalmaqaldan bəhs edən yazılar sənqimək bilmir. Məlum olduğu kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur.

Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb. Etibarlı mənbədən aldığımız məlumata görə Rahib Hüseynovun törətdiyi cinayətdən bir çox şəxslər ziyana düşüb. Belə ki,mənbə bildirir ki, əslən Tovuzun Qovlar şəhərindən olan Ramiz adlı şəxs, Bakının Yasamal rayonu ərazisində yerləşən “Baron”, Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində “Golden City”,keçmiş Varovski küçəsində isə “Okean” adlı pubları işlədir. Qeyd edək ki, Ramiz bu obyektləri böyük qiymətə də olsa ona görə icarəyə götürüb ki, imkanlı və “bərkgedən” tovuzlular, onların yaxınları gəlib bu obyektlərdə yeyib -içib çoxlu pul xərcləsinlər. Uzun illərdi bu belə də olub. Bir çox qovlarlılar kimi Ramizin Bakıda qəzdiyi avtomobillər qara rəngli “BMV X6”,sonuncu nömrələri 007, Mercedes S Classvə BMV X5 markalarındadırlar.

Ancaq Rahib Hüseynovun bir çox tovuzluları və onlara yaxın olan şəxsləri aldadaraq pullarını mənimsəməsi, Qovlarlı PUB Ramizi də müflis edib. Belə ki, Rahib Hüseynov tərəfindən külli miqdarda atılan tovuzlular, dediyimiz obyektlərdə daha görsənmirlər. Mənbənin verdiyi məlumata görə 21-ci əsrin çox qalmaqallı bu maxinasiyasından zərər çəkənlərdən biri də Arif Əsgərovun Rizvan adlı bacanağı olub. Rizvan uzun illər kommersiya ilə məşğul olsa da ,hər zaman cəncəlli işlərdən uzaq olub. Ancaq bu dəfə Rahib Hüseynov və Elnar Əsgərov adlı baldızı uşaqları vəd veriblər ki, güya tikdirdikləri hündür mərtəbəli binalardan ona da ev verəcəklər və Rizvan müəllim də onlara inanaraq tora düşüb. Uzun müddət, DəmirBankın “Mərkəz” filialının müdiri Müşfiq Tükanovunn xidməti otağına yığışan xala uşaqları sonradan PUB Ramizin obyektinə yeyib -içməyə gedərmişlər.

Ancaq Ramiz nə bilsin ki, xala uşaqlarının qurduğu maxinasiyadan vaxt gələcək o özü də bir qovlarlı olaraq müflis olacaq. Sonda onu da qeyd etmək istəyirik ki, mənbənin sözlərinə görə xala uşaqların yanına ,DəmirBankın “Mərkəz” filialına tez-tez gələnlərdən biri də Cavid Qurbanovun oğlu olub. Deməmişkən Müşfiq Tükanov Cavid Qurbanovun oğlu ilə yaxın dost olduğuna görə,Müşfiq Tükanov həm də Cavid Qurbanovun nəvəsinin kirvəsi olub. Görünür ,vaxtı ilə DəmirBankda “Azercell ödəmələri” xidmətində çalışan Müşfiqin, iri ranqlı məmurların uşaqları ilə dostluq münasibəti qurmaq çoxdankı arzusu olub.
Bizi izləyin,gələn yazımızda Müşfiq Tükanovun qardaşının harada , kimi bıçaqlaması barədə və Müşfiq Tükanovun o işi necə bağlaması haqda geniş məlumat verəcəyik.
Memo
Qafqaznews.az