BolgeXeber.Com » Analitika » Ayaz Mütəllibovun şərab zavodu var?

Ayaz Mütəllibovun şərab zavodu var?

25-09-2013, 09:05
Oxunub: 4 150 Ucar rayonun Lək kənd sakini Əhədov İlham Əliyar oğlunun bir sıra dövlət qurumlarının rəhbərlərinə və eləcə də dövlət başçısına ünvanlanmış şikayət məktubunun bir nüsxəsi də redaksiyamıza daxil olub.
Bolgexeber.com dia.az-da dərc olunan məktubda maraqlı məqamları nəzrə alaraq, məktubu olduğu kimi təqdim edir: :

«1995-ci ildə Rusiyanın Kalininqrad şəhərində «Ankora» firmasında direktor vəzifəsində çalışırdım. Firmamız ərzaq mallarının topdan satışı ilə məşğul olurdu. Həmin ili həmkəndlilərim Elxan və Əli Rəhimovla Moskvada görüşdük. Görüş əsnasında onlar mənə bildirdilər ki, keçmiş prezident Ayaz Mütəllibova məxsus olan Lyubers şəhərindəki «Almaz» şərab zavodu ilə münasibətləri var. Və mən onlara ərzaq yollayım, onlar da bunun müqabilində mənə şərab yollasınlar.

Mən də onların kəndçim olduqlarına etibar edərək Polşa istehsalı olan və qiyməti 188 min manat olan şirələri, bütün gömrük haqqını çəkərək Moskvaya – onlara yolladım. Əvəzində araq alacağımı razılaşdığımızdan Kalininqrad şəhərində spirtli içkilərin satışına icazə üçün 40 milyon rus rublu həcmində xərc çəkərək lisenziya da aldım. Mən həmin şirələri özüm gətirərək malı sağ-salamat Rəhimov qardaşlarına verdim. Onlar da bunun müqabilində barter müqaviləsi ilə mənə 75 min şüşə araq yollamalı idilər. Qayıtdım Rusiyanın Kadininqrad vilayətinə.

Amma əbəs yerə mən onlardan araq gözləyirdim. Sonradan öyrəndim ki, bu iki qardaşın hər kəsə borcu var imiş və mənim göndərdiyim ərzağı borc yiyələrinə dəyər-dəyməzinə veriblər. Bildirim ki, mən də həmin 188 min manatlıq malı borca götürmüşdüm və bu dəfə borc yiyələri mənim qarşımda şərt qoydular ki, borcumu ödəməsəm, Azərbaycana sağ-salamat dönə bilməyəcəm. Mən də məcbur olub maşınlarımı, əlimdə qalan malları dəyər-dəyməzinə satıb, borc yiyələrinin pulunu ödədim.

2004-cü ildə evimiz yandığına görə, Azərbaycana gəldim və Bakıda Elxan Rəhimovla görüşdüm. Elxan mənə söz verdi ki, pulumu hissə-hissə düzəldib, qaytaracaq. Mən yenə Rusiyanın Kalininqrad şəhərinə qayıtdım. Hələ köhnədən qalan borclarımın bir hissəsini işləyib ödəməli idim. 2009-cu ildə Azərbaycan qayıtdım və hesab etdim ki, artıq Elxan pulları atama verib. Çünki belə razılaşmışdıq. Öyrəndim ki, bir qəpik də verməyib. Mən də Elxanla təkrar görüşəsi oldum.

O isə mənə bildirdi ki, təzə vəzifəyə keçib və xərci çox çıxıb. Məndən dözməyi tələb etdi və bildirdi ki, Balakəndə Sosial Müdafiə Fondunun yerli şöbəsinin sədridir. Bu müddət ərzində Elxan mənə Balakəndən Ucara öz sürücüsündən 3 dəfəyə cəmi 5500 manat pul göndərdi. Mən bu cür ödəmədən narazı olduğumu bildirdim və onunla Balakəndə yenidən görüşdük. Bu dəfə isə mənə bildirdi ki, Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsinə keçəcək. Onda da pullarımı artıqlaması ilə ödəyəcək.

Sonradan yenə də onunla telefonla əlaqə saxladım. Mənə dedi ki, sənin adına MMC var: «Şamaxının icra başçısı Asif müəllim yaxın dostumdur. Tapşıraram, təmir-tikinti-abadlıq işlərində MMC-lə iştirak edərsən, pul qazanarsan. Sonra da qazandığından mənim borcumu çıxarsan».

Lakin mən onunla razılaşmadım və pulumu tələb etdim. Və bildirdim ki, dövlət qurumlarına şikayət edəcəm. O isə bildirdi ki, hara istəyirəm, şikayət edə bilərəm. Daha sonra o, mənə başqa hörmətli şəxslərin də adını çəkərək, onların adından məni hədələdi.

Xahiş edirəm bu özbaşınalığa son qoyulması və özünün məmur gücünə arxalanaraq pulumu qaytarmayacağını israrla söyləyən Elxan Rəhimovun cəzalandırılaraq, mənim haqqımın bərpa edilməsi üçün yardım edəsiniz».