BolgeXeber.Com » Analitika » 286 saylı məktəbdə rüsvayçılıq

286 saylı məktəbdə rüsvayçılıq

26-09-2013, 18:50
Oxunub: 5 956 Bildiyiniz kimi bütün dərslik kitabları orta məktəblərədə oxuyan şagirdlərə Təhsil Nazirliyi ,yəni dövlət tərəfindən pulsuz paylanılır. Lakin Azerbaycaninfo.com-n redaksiyasına daxil olan məlumatdan məlum olur ki,dərslik vəsaitləri sarıdan Yasamal rayonundakı orta məktəblərdə rüsvayçılıq baş alıb gedir.
Şikayət edən valideyinlərin dediyinə görə sentyabırın 16-da dərslər başlayan kimi onlar dərsliklə bağlı problemlə üzləşiblər. Belə ki, Yasamal rayonunda yerləşən orta məktəblərdə, xüsusiylə 286 saylı məktəbdə aşağı siniflərə gedən şagirdlərin valideyinlərinə bildirilib ki, məktəblərdə kitab yoxdur və həmin kitabları onlar özləri tapıb almalıdırlar. Redaksiyamıza müraciət edən valideyinlər də uşaqlarının kitablarını əldə etmək üçün dükanlara üz tutmağa məcbur olublar. Belə ki, onlar lazımi ibtidai sinif kitablarını Neftçilər bazarının arxasındakı dükanlardan pul ilə alıblar.
Təhsil Nazirliyi tərəfindən çap edilən, arxasında “pulsuzdur” sözü yazılan kitabların pul ilə alınması əlbəttə ki,çox açınacaqlı haldır. Valideyinlər bundan belə qənaətə gəliblər ki, Yasamal rayonundakı orta məktəblərdə kitabların olmamağını bildirən müəllimlər bununla valideyinlərə işarə veriblər ki,həmin kitablar məktəblərə pulsuz verilsə də,onları yalnız ticarət obyektlərindən pulla əldə etmək olar. Valideyinlərin sözlərinə görə satışda ola həmin kitabların qiymətləri 10 manatdan başlayaraq üzü yuxarı qalxır. Övladları sözügedən məktəbdə təhsil alan valideynlərdən bir neçəsinin redaksiyamıza verdiyi məlumatlara görə, məktəbin direktoru Mübariz Vəliyev ölkə qanunlarına gözucu yanaşır. Onun qanuna sığmayan bəzi əməlləri hamını bezdirib. Şikayətçilərin sözlərinə görə, valideynlərlə müəllimləri üz-üzə qoyan direktor hər dəfə müxtəlif bəhanələrlə onlardan nəysə tələb edir. Valideynlər deyir ki, məktəbdə çalışan təhlükəsizlik xidmətinin əməkdaşına dövlət pul ayırdığı halda, direktor ibtidai siniflərdə oxuyan şagirdlərdən də nəysə tələb edir: “Biz uşaqlarımızı məktəbə oxumağa göndəririk. Valideyn var ki, üç uşağı məktəbdə oxuyur. İbtidai sinifdə oxuyan hər uşağa görə 1 manat “axran” pulu yığırlar. Nəyə görə? Dövlət təhlükəsizlik xidmətinin işçisinə hər ay maaş verir də”.
Valideynlərin sözlərinə görə, dərs ili başlayandan yaxın günlərə qədər məktəbdə kitab qıtlığı olub. Bunun da səbəbkarı direktor olub: “Mübariz müəllim işinə qarşı tələbkar deyil. Onu təhsildən çox, başqa işlər maraqlandırır. Dərs başlayandan şagirdlərin çoxuna kitab çatmırdı. Cibimizdən pul verib iş dəftəri alırdıq. İş dəftərinin də biri 4-5 manatdır. Yalnız bizim iradlarımızdan sonra məktəbə əlavə kitablar paylandı. Bayram günlərində məktəbin müəllimləri direktorun otağından keçməlidir. Əgər keçməsələr, Mübariz müəllim onlara qarşı münasibətini dəyişir”.