Alim Qasımovun posterini kim yayıb?
27-09-2013, 09:10
Oxunub: 5 782
Tural Abbaslı: “Bu şəkildən bizim xəbərimiz yoxdur”
Hüquqşünas Mehman Muradlı öz facebook profilində Alim Qasımovun posterini yayıb. Posterdə Alim Qasımovun şəkli və “mən qoyunam” sözləri həkk olunub. M.Muradlı bu şəkli paylaşaraq posterin Müsavat Partiyası Divanının üzvü Tural Abbaslının əl işi olduğunu bildirərək təhqir edib. İqtidaryönümlü şəxslər tanınmış sənətçinin postelinin bu cür yayılmasının ona hörmətsizlik olduğunu deyiblər. Məsələ ilə bağlı posteri hazırladığı iddia edilən Müsavat Partiyası Divanının üzvü Tural Abbaslının fikrini aldıq.
T.Abbaslı bu şəkli onların hazırlamadığını bildirdi: “Bu şəkli guya mənim yaratdığım və yaydığım haqda yazmışdılar. Mən də orada şərh yazdım ki, bu şəkli mən hazırlamamışam, bizim xəbərimiz yoxdur. Əgər biz belə bir şey hazırlasaydıq, altına imzamızı da qoyarıq və yaxud da deyərdik ki, biz eləmişik. Burada təəccüblü bir şey yoxdur. Amma mən bilən o şəkli ilk yayan hakimiyyətyönümlü facebook hesab profilləri olub. Ola bilsin ki, özləri hazırlayıb. Hakimiyyət Alim Qasımov sevərləri müxalifətin əleyhinə yönəltmək üçün təxribat xarakterli özləri hazırlayıb yayıblar. İndi də planlı şəkildə bunu təbliğ etməklə məşğuldurlar ki, müxalifət belə bir adamı təhqir edib. Mən burada hakimiyyətyönümlü partiyalar tərəfindən bir plan, ardıcıllıq, təşkil olunmuş bir iş görürəm. Bu da ondan xəbər verir ki, yəqin ölçülüb-biçilmiş bir plandır. Planın tərkib hissəsi bunu hazırlayıb yaymaq və müxalifətin üzərinə atmaqdır. Daha çox hakimiyyətə yaxın gənclər və onları dəstəkləyən profillərdən şübhələnirəm”.
Günel MANAFLI
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər