BolgeXeber.Com » Analitika » “Azərsu” ASC -də dövlət vəsaiti günün günorta çağı aşkar şəkildə talan edilir

“Azərsu” ASC -də dövlət vəsaiti günün günorta çağı aşkar şəkildə talan edilir

2-10-2013, 09:40
Oxunub: 3 472 "Azərsu"da "bacıoğlu"nun milyonluq yeyinti "" əməliyyatları
Ancaq qazıntı işlərini hansısa şirkət yox, qeyri-rəsmi şəkildə fəaliyyət göstərən briqadalar aparır. Sakinlərin sözlərinə görə, fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb, onlara maaş nağd şəkildə, yəni əməkhaqqı cədvəlinə qol çəkilmədən verilir. Fəhlələrin məlumatına istinad edən sakinlər deyir ki, fəhlələr qul bazarından yığılır və gündəlik 20 manata işlədilir. Təbii ki, bu böyük qanun pozuntusudur. Birincisi, burada Əmək Məcəlləsinin kobud şəkildə pozulub, vətəndaşların əmək hüququ tapdalanır. İkincisi, “Azərsu” dövlət müəssisəsidir, onun sifarişləri də dövlət sifarişi sayılır. Tender qanunvericiliyinə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri üçün tender elan edilməli, podratçı təşkilat tender yolu ilə seçilməlidir. Yəni tender qanunvericiliyinə görədövlət sifarişlərini fiziki şəxslər yox, ixtisaslaşmış şirkətlər həyata keçirməlidir. Qanunda hətta o da göstərilib ki, tenderde iştirak edən şirkətlərin ən azı 3 il təcrübəsi olmalıdır. Bu baxımdan “Azərsu” iki qanunu – Əmək Məcəlləsini və tender haqqında qanununu pozub.
Şirkətlərin Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlara gəlincə, “Azərsu”nun seçdiyi şirkətlərdən biri olan “Sənaye Tikinti-M” MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.

Bütün bunlar açıq korrupsiya deməkdir – dövlət vəsaiti günün günorta çağı aşkar şəkildə talan edilir.

“Azərsu” ASC-nin su və kanalizasiya sistemini yenidən qurulması layihələrində nəhəng korrupsiya faktları olması barədə mediada çoxlu məlumatlar gedib. Hazırda şübhəli maliyyə əməliyyatlarının başında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin durduğu bildirilir.
“Azərsu”dakı mənbələrdən verilən məlumata görə, Yusifəlinin yaratdığı qeyri-leqal briqadalar vasitəsi ilə dövlət sifarişi həyata keçirilir. Sonra işlərin guya hansısa şirkətin adına yazılır və böyük pullar hesabdan silinir.
Xatırladaq ki, bacıoğlunun adı bir müddət öncə 250 milyon manatlıq layihədə qiymətləri şişirtmək və olmayan xidmətlərə görə pul silməklə bağlı skandalda hallandırılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Qorxmaz Hüseynov üst-üstə 1,3 milyardlıq layihələri qohumları arasında bölüşdürüb.
Məlumatda deyilirdi ki, Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya faktları mövcuddur. Burada olmayan işlərə görə böyük məbləğlər silinir, xərclər şişirdilir. Çünki podratçı şirkətlər istisnasız olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çətiri altındadır və onların bütün qanunsuz əməllərinə yaşılı işıq yandırılır. Sadəcə bir faktda deyilirdi ki, layihənin icrasının gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Q.Hüseynovun bacısı oğlu Yusifəli də ilk baxışdan kiçik, lakin çox gəlirli olan “biznesə” əl qoyub: “Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Ümumiyyətlə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinə 2012-ci ildə 250 milyon manat ayrılıb. 2013-cü ildə bu layihəyə əlavə nə qədər vəsaitin ayrılması barədə məlumat verilmir. Ancaq hər halda, 2013-cü ildə ayrılan məbləğ 2012-ci illə müqayisədə az olmamalıdır. Çünki “Azərsu”ya ayrılan vəsaitlər ilbəil artır. Bu 11 rayonda sözügedən xidməti Q.Hüseynovun bacısı oğlunun həyata keçirtdiyini nəzərə alsaq, söhbətin milyonlardan getdiyi bəlli olar”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.