“Hacı pivəsi” halaldır, yoxsa haram?
3-10-2013, 09:50
Oxunub: 6 272
Dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür?
İslam dinində məqbul hesab edilməyən bir çox şeylər var.
Spirtli içkilərin qəbulu da yasaqdır. Buna baxmayaraq, el arasında "hacı pivəsi” adı ilə içkilərin satışına rast gəlmək mümkündür. Bəs dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür?
Modern.az-a danışan dini yazar-ekspert Kənan Rövşənoğlu sözügedən spirtsiz içkinin, yəni "hacı pivə”sinin qəbulunu məqbul sayır.
"Bu pivə növü də arpadan istehsal olunur. Spirtsiz olduğuna görə, ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə şərab haramdır”.
Kənan Rövşənoğlunun sözlərinə görə, "hacı pivəsi”nə görə dindarlara irad tutulması yanlışdır. "Tərkibində qadağan olunan maddə, yəni alkoqol yoxdursa, buna görə insanı necə tənbeh etmək olar? Ümumiyyətlə, dindar olan adamlar üçün istinad nöqtələri var. Əgər tərkibində müsəlman üçün haram heç nə yoxdursa insanlar niyə onu qəbul etməsin?!”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər