BolgeXeber.Com » Analitika » Regionun ən güclü siyasi partiyası

Regionun ən güclü siyasi partiyası

2-03-2023, 18:55
Oxunub: 3 152

Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini görən bir qrup görkəmli ziyalı


16 oktyabr 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etdilər. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir. 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. H.Əliyev bu partiyanın ilk sədri təyin olunmuşdur. Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 1993-cü ilin aprelində partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxmışdır. 1992-ci ildən 2003-cü ilə qədər Heydər Əliyev YAP-ın sədri olmuşdur.


Yeni Azərbaycan Partiyasının rəsmi rəmzi ağ bayrağın ortasında göy rəngdə dəfnə ağacı var. Dəfnə ağacının ortasında qızılı rəngdə 8 guşəli ulduz var. Dəfnə ağacı Azərbaycanın zənginliyinin, rifahının, xoşbəxtliyinin, azadlığının rəmzidir. Ulduzun daxilində göy rəngdə YAP yazılıb.


Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi bilikləri xalq qarşısında göstərdiyi xidmətlər Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilmiş və dəstəklənmişdir. Xalqımız ən ağır günündə hər zaman H.Əliyevi arxasında görmüşdür.


Bu gün regionda ən böyük siyasi partiya Yeni Azərbaycan Partiyasıdır.
Partiya yarandıqda o dövrdə fəaliyyət göstərən 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlıq Partiyası, Milli Qurtuluş Partiyası) YAP ilə birləşmişdir.


Azərbaycan xalqının Ümummilli lideri YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının dövlət və xalq qarşısında misilsiz xidmətlərinin Prezident İ.Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin Partiyanın fəaliyyətinin təbliği həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür.


YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq siyasi partiyanı özündə birləşdirir. YAP həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Qırğızıstan, Qazaxıstan ,Özbəkistan və bir sıra ölkələrin hakim partiyaları ilə əməkdaşlıq edir. Bir sıra ölkələrin partiyaları ilə memorandumlar imzalanıb.
Türkiyənin hakim partiyası Ədalət və İnkişaf partiyası ilə Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur.


Partiyanın yeni proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişaf və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, ”Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, ”Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Elmilik, Müasirlik, Etik davranış və Milli dəyərlər, İnsan kapitalının inkişafı, Güclü iqtisadiyyat, davamlı inkişaf, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Azərbaycan dili və Dünya azərbaycanlılarının həmrəyliyi, Ordu quruculuğu və sair kimi müddəalar daxildir.
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sisteminə 10 strateji istiqamət müəyyən olunub:
Heydər Əliyev yolu
Müstəqillik
Azərbaycançılıq
Qanunun aliliyi
Varislik və təkamül
Konstruktiv əməkdaşlıq və dialoq
Sosial ədalət
Multikultural cəmiyyət
Demokratik ənənələrin inkişafı
Dövlətçilik
Müasir Azərbaycan dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir həmçinin, şəhid ailələri və müharibə veteranları ilə 6500-dən artıq görüşlər keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailə üzvləri və doğmaları ilə birlikdə keçirilmişdir.
2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərəçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı verilmiş, 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirəyə haqqı ödənilmişdir. ”Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500000 manat vəsait köçürmüşdür. ”Yaşat” fonduna 2020-ci ildə 100000 manat, “Silahlı Qüvvələrə Yardım Fondu”na 100000 manat vəsait ayırmışdır.


Qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar- 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti geyim göndərilmişdir.


Çinarə İsgəndərova - Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi