Bərdədə kitab satışı başladı - Rəzalət
3-10-2013, 15:45
Oxunub: 6 305
Rzaqulu Şərifov orta məktəblərdən pul yığmağın yeni metodlarını tapıb
Bərdədə fəaliyyət göstərən orta məktəblərdə oxuyan şagirdlərdən şıdırğı pullar yığılır. Məktəb direktorlarının göstərişinə əsasən həyata keçirilən proses nəticəsində onlarla insan narazı qalıb ki, bunun da rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovla birbaşa əlaqəsi var.
Demokratiya.info-ya verilən məlumatda deyilir ki, Şərifovun pul qazanmaq üçün həyata keçirdiyi metodlardan biri də orta məktəb şagirdlərinə kitabların satılmasıdır. Bu barədə bilgili olan sakinlərin dediyinə görə, təhsil şöbəsinin müdiri bütün orta məktəb direktorlarına göstəriş verib ki, şagirdlərə kitablar məcburi qaydada pulla satılmalıdır. Əks təqdirdə, həmin məktəbin direktoru ya işdən azad ediləcək, ya da satılmayan kitabların pulunu ödəməli olacaqlar. Elə buna görədir ki, şagirdlər valideynlərinin tələbinə əsasən dərsə getmirlər. Onların valideynləri isə vaxtaşırı narazılıq edirlər.
Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovu isə nə sənət işləri, nə də digər şeylər maraqlandırmır. Onun üçün maraqlı olan tək bir şey var: PUL
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər