Şəmsəddin Əliyev Xətaidəki silahlı insidentlə bağlı Facebook-da paylaşım etdi
6-03-2023, 20:36
Oxunub: 2 528
Bolgə.TV xəbər verir ki, Polise.az xəbər saytının şef redaktoru Şəmsəddin Əliyev dünən baş vermiş silahlı insidentlə bağlı sosial şəbəkədə-Facebook da fikrini bildirmişdi. Söylənilmiş fikirləri sizə təqdim edirik:
“DÜNƏN, XƏTAİ RAYON ərazisində yerləşən “BRAVO” SUPER MARKETİNDƏ MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏSİ İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA SİLAHLI İNSİDENT BAŞ VERİB.
NƏTİCƏDƏ MÜHAFİZƏÇİLƏRDƏN BİRİ ALDIĞI GÜLLƏ YARASINDAN DÜNYASINI DƏYİŞİB-RUHU ŞAD OLSUN,- YARALANANLAR VAR-,ALLAH ŞƏFA VERSİN.
Baş vermiş ağır kriminal əməl Azərbaycan Respublikasında xüsusilə ağır cinayətləri doğuran səbəb və şəraitin törədilməsi üçün xarakterik cəhət sayılmasa da, ehtimal etmədiyimiz və gözləmədiyimiz “sosial “səbəblər bunu doğurdu…
Xüsusilə ağır cinayətin törədilməsində öncədən hazırlıq görülüb,mütəşəkkil dəstəyə və onun havadarlarına sərf edəcək məkan da öncədən bəlli olaraq seçilib-Xətai rayonu…
Amma ,bu cinayətin iştirakçıları Azərbaycan Polisinin xüsusilə ağır ictimai təhlükəli əməli törədənlərin şəxsiyyətlərinin müəyyən edilməsi barədə az bir zaman ərzində məlumat əldə edəcəyini və zərərsizləşdiriləcəklərini əsla düşünməyiblər,polisin peşəkarlığını bu dərəcədə gözləməyiblər.
Zaman göstərdi ki,Azərbaycan polisi həmişə ayıq və sayıqdır, əməliyyat-axtarış fəaliyyətini ictimaiyyətlə əlaqədə qura bilir,verilən dəqiq tapşırıqlar nəticəsində daxil olmuş məlumatlar təsdiqini tapır…
Polisin böyük rezonans doğuran ağır və qanlı hadisə ilə bağlı çevik reaksiyası gələcəkdə hazırlana bilən və hazırlanacaq oxşar cinayətlərin iştirakçılarına da bir mesajdır,-Farağat durun!!
Qənaətimə görə polis haqqında və əməliyyat-axtarışı fəaliyyəti haqqında qanunlarda ekstremal şəraitlərdə polisin səlahiyyətlərinin artırılması istiqamətində dəyişikliklərə ehtiyac var.
Azərbaycan xalqı Azərbaycan Polisinin qürur duyulacaq fəaliyyətindən dərin məmnunluqlarını şövqlə ifadə edirlər.
Allah Sizləri qorusun!
Hamınıza uğurlar,Allah amanında!”
Çox Oxunanlar
- 6-05-2023, 18:36 : Krım üzərində ballistik raket vuruldu
Dünya / Xəbərlər
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 6-05-2023, 17:32 : Boksçumuz iranlı rəqibini məğlub etdi
İdman / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər
- 13-05-2023, 11:32 : "Qarabağ" bu gün çempionluğu təmin edə bilər
İdman / Xəbərlər