BolgeXeber.Com » Analitika » Kimlər istefaya gedəcək? (Siyahı)

Kimlər istefaya gedəcək? (Siyahı)

5-10-2013, 01:20
Oxunub: 4 224 Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Konstitusiyanın 102-ci maddəsinə görə, prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir. Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsində rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Oktyabrın 9-da Azərbaycanda prezident seçkisi keçiriləcək. Qalib ilk turda müəyyənləşsə, ayın ikinci ongünlüyündə yeni seçilmiş prezident səlahiyyətlərini icra etməyə başlayacaq və Nazirlər Kabineti istefa verəcək. “Media forum” saytı istefa verəcək şəxslərin - kabinet üzvlərinin siyahısını təqdim edir:

Rasizadə Artur Tahir oğlu - baş nazir

Eyyubov Yaqub Abdulla oğlu - baş nazirin birinci müavini
Əfəndiyev Elçin İlyas oğlu - baş nazirin müavini
Həsənov Əli Şamil oğlu - baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Şərifov Abid Qoca oğlu - baş nazirin müavini

Məmmədyarov Elmar Məhərrəm oğlu - xarici işlər naziri
Usubov Ramil İdris oğlu - daxili işlər naziri
Mahmudov Eldar Əhməd oğlu - milli təhlükəsizlik naziri
Əbiyev Səfər Axundbala oğlu - müdafiə naziri
Məmmədov Fikrət Fərrux oğlu - ədliyyə naziri
Camalov Yavər Talıb oğlu - müdafiə sənayesi naziri
Şərifov Samir Rauf oğlu - maliyyə naziri
Məmmədov Fazil Əsəd oğlu - vergilər naziri
Mustafayev Şahin Abdulla oğlu - iqtisadi inkişaf naziri
Heydərov Kəmaləddin Fəttah oğlu - fövqəladə hallar naziri
Ələkbərov Füzuli Həsən oğlu - əmək və əhalinin sosial müdafiəsi naziri
Abasov İsmət Dursun oğlu - kənd təsərrüfatı naziri
Qarayev Əbülfəs Mürsəl oğlu - mədəniyyət və turizm naziri
Cabbarov Mikayıl Çingiz oğlu - təhsil naziri
Şirəliyev Oqtay Kazım oğlu - səhiyyə naziri
Abbasov Əli Məmməd oğlu - rabitə və informasiya texnologiyaları naziri
Əliyev Natiq Ağaəmi oğlu - sənaye və energetika naziri
Rəhimov Azad Arif oğlu - gənclər və idman naziri
Bağırov Hüseynqulu Seyid oğlu - ekologiya və təbii sərvətlər naziri
Məmmədov Ziya Ərzuman oğlu - nəqliyyat naziri

Aslanlı Rüfət Cəbrayıl oğlu - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri
Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Ələsgərov Abbas Abbas oğlu - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Hüseynova Hicran Kamran qizi - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vəliyev Arif Mikayıl oğlu - Dövlət Statistika Komitəsinin sədri
İbrahimov Nazim Hüseyn oğlu - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri
İskəndərov Elşad Hüseyn oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Həsənov Ramiz Ayvaz oğlu - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Həsənov Kərəm Əvəz oğlu - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri

İmanov Kamran Sultan oğlu - Müəllif Hüquqları Agentliyinin sədri
Çəndirli İskəndər Hüseyn oğlu - Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru
Kərimov İnam İmdad oğlu - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Bədəlov Akim Bədəl oğlu - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri

Qurbanov Qüdrət Qəmbər oğlu - Dövlət Dəniz Administrasiyasının rəisi
Quliyev Fuad Hidayət oğlu - Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Nəbiyev Firudin Hilal oğlu - Dövlət Miqrasiya Xidmətinin rəisi
Quliyev Elçin İsağa oğlu - Dövlət Sərhəd Xidmətinin rəisi
Rəhimov Arzu Yusif oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Paşayev Ataxan Əvəz oğlu - Milli Arxiv İdarəsinin rəisi

Xəlilov Bəhram Bəhman oğlu - Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri
Abbaszadə Məleykə Mehdi qızı - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri.