Astarada qulaqları kəsilən qadın danışdı
7-10-2013, 21:05
Oxunub: 4 851
Astarada bir neçə gün öncə əri tərəfindən işgəncələrə məruz qalmış 28 yaşlı Nisə Xəlilova baş verən hadisənin təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, həyat yoldaşı Çingiz Mehdiyev narkotik vasitələrin aludəcisi olub. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə zərərçəkmiş qadın APA-ya bunları deyib: "Çox içki içirdi. Nəşə çəkirdi. Əyyaş, qumarbaz idi. Bu işlərinə görə, hər gün məni döyürdü. Mənə deyirdi ki, get pis yola düş, mənə pul gətir. Mən də getmirdim. O, hərəkətlərinə görə, məni bu günə saldı”.
Onunla yaxın münasibətlərdə olduğu qeyd edilən 40 yaşlı Astara sakini Yalçın Məhərrəməliyə gəlincə, Nisə Xəlilova elə bir şəxsin tanımadığını deyib: "Yalçını tanımıram. Onun dostu olub. Mən onu görməmişəm. Heç bilmirəm bu adam kimdir. Mənə deyirdi ki, sən ona baxırsan, filan. Mən isə deyirdim ki, onu tanımıram. Deyirdi ki, sənə şər ataram, səni öldürərəm. Onun hərəkətlərindən qorxuram".
Qeyd edək ki, artıq Astarada həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyevin həbsinə sanksiya verilib. O, artıq həbs olunaraq istintaq orqanlarına təhvil verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər