ARDNŞ şefi deputatı nədən hədələməli olub?
8-10-2013, 12:00
Oxunub: 5 100
Millət vəkili Rövnəq Abdullayevdən yüklü miqdarda borc alsa da…
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyaya görə, ARDNŞ prezidenti bir neçə gün bundan əvvəl millət vəkillərindən biri ilə mübahisə edib və mübahisə o həddə çatıb ki, məsələ hətta «yuxarıların» da qulağına çatıb.
Mənbə iddia edir ki, təxminən iki il əvvəl biznesi olan (sözsüz ki, biznesi olmayan millət vəkili azdır -red.) millət vəkillərindən biri ARDNŞ prezidenti ilə şəxsi münasibətlərinə güvənərək ondan yüklü miqdarda, təxminən 600 min manat həcmində borc pul götürüb. ARDNŞ prezidenti deputata etimad göstərərək həmin pulu versə də, bir il üçün götürülən borcun yalnız 340 min manatını geri ala bilib.
Mənbənin söylədikləri: «Və bir ilə yaxındır ki, deputat 260 min manata yaxın borcunu qaytara bilmədiyindən Rövnəq Abdullayevlə münasibətlərində gərginlik yaşanıb. Bir neçə gün əvvəl isə vəziyyət o həddə çatıb ki, Rövnəq Abdullayev deputatı təhdid də edib».
Redaksiyamıza daxil olan informasiyaya görə, məhz «yuxarıların» müdaxiləsindən sonra, deputat pulun qalığının qaytarılması üçün əlavə vaxt alıb və yaxın günlərdə borcunu qaytaracağını vəd edib.
Bildirək ki, həmin deputatın kimliyi redaksiyamıza bəlli olsa da, bu barədə kimsədən təsdiqləyici münasibəti öyrənə bilmədiyimizdən təfərrüatları sonraya saxladıq. Bizi izləyin. Mövzu diqqətimizdədir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər