Flora Kərimova deputat pensiyası istəyir
8-10-2013, 15:00
Oxunub: 6 100
Xalq artisti Flora Kərimova əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verib.
Hüquq.TV-nin məlumatına görə, hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyir.
2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib. “Həmin məhkəmələr əsas kimi Flora xanımın deputat olmadığını göstərdilər. Halbuki ortada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var” – deyə, F.Kərimovanın vəkili Fuad Ağayev Hüquq.TV-yə bildirib.
İşə oktyabrın 10-da Ali Məhkəmədə baxılacaq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər