BolgeXeber.Com » Analitika » Xidmət rəisi yığılan rüşvətin hesabın aparır

Xidmət rəisi yığılan rüşvətin hesabın aparır

11-10-2013, 09:55
Oxunub: 4 238 Arzu Rəhimova qarşı şok ittihamlar: çağırış sistemində bahalıq var

Arzu Rəhimovun rəhbərlik etdiyi qurum xəstələri belə əsgər aparır. Əslində bu xəbər yenilik olmasa da, redaksiyaya daxil olan son informasiyalarda olduqca ilginc məqamlara aydınlıq gətirilir. Aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sən demə, hər ay rüşvətin “otçyot”u aparılırmış. Bu barədə verilən şok faktları diqqətinizə təqdim edirik.

Ümumiyyətlə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandıqdan sonra durumun düzələcəyi ehtimal edilsə də, zaman içində bunun tərsi baş verir. Artıq xidmətin yerli şöbələri əvvəlki dönəmlərə nisbətən daha çox bazara çevrilib.
Belə ki, əvvəllər Hərbi Komissarlıqlarda alınan rüşvət bir idisə, indi iki olub. Redaksiyamızın əldə etdiyi məlumatlara görə, hal hazırda orduya getməməklə hərbi biletin alınmasının qiyməti 4000 manata çatdırılıb. Bundan başqa, hansı hərbi hissədə qulluq etmək problemini də 2000 manata həll etmək mümkündür.

Dia.az-a daxil olan məlumatlarda deyilir ki, yerli komissarlar bu pulu təkbaşına yemədiklərini deyirlər. Onlar xidmətin rəisi, general leytenant Arzu Rəhimovun adını çəkir və qiymətləri də onnun müəyyənləşdirdiyini deyirlər.

Bu barədə qeyd olunur ki, Arzu Rəhimov ayda bir dəfə iclas çağıraraq, hərbi komissarlarla danışıqlar aparır, onlarla «otçyot» edir və yeni qiymətlərin nə qədər olması barədə bilgi verir. Üstəlik, o da iddia edilir ki, xidmət rəisi yaxın vaxtlar üçün yeni qiymətlərin də təklif olunacağı barədə xəbərdarlıq edib.

İşin ən pis tərəfi isə odur ki, bu gün hərbi komissarlıqlar sağlam gənclərə pulla hərbi bilet satdıqları halda, xəstə uşaqları onların yerinə hərbiyə aparırlar. Elə buna görədir ki, son dövrlər Azərbaycan Ordusunda ölənlərin sayı artıb. Və bu şəkildə davam edərsə, vətəndaşlar da uşaqlarını hərbiyə getməyə imkan verməyəcəklər. Bunun fonunda Arzu Rəhimovun başını qaldıraraq, pul qazanmaq yerinə, gənclərin taleyi ilə oynamaması lazımdır. Görünən isə odur ki, xidmət rəisi pul qazanmağı daha üstün bilir.