Bakıda 200 evi olan məmur kimdir?
11-10-2013, 11:05
Oxunub: 5 676
Prezidentliyə namizədlərin ITV-də 3 oktyabr debatında namizədlərdən biri - ADP sədri Sərdar Cəlaloğlu ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqladı. Namizəd bildirdi ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır.
AzPolitika.info məsələ ilə bağlı araşdırma aparıb və bəlli olub ki, Bakıda 200 evi olan ARDNŞ-nin vitse-prezidenti Mikayıl Ismayılovdur. Sərdar Cəlaloğlunun Seçki Qərargahından bildirilib ki, məhz Mikayıl Ismayılov kirayə ev biznesi ilə məşğuldur.
Mikayıl Ismayılov faktiki olaraq, Rövnəq Abdullayevdən sonra ARDNŞ-nin ikinci şəxsi hesab olunur. Hətta bəzi məlumatlara görə, M.Ismayılov bir sıra məsələlərdə ARDNŞ-də əsas söz sahibidir.
Əslən Ağsu rayonundan olan Mikayıl Ismayılov Rövnəq Abdullayevin yaxın dostlarından biridir və məhz onun sayəsində belə yüksək vəzifəyə təyin olunub. ARDNŞ-dəki mənbələr deyib ki, Mikayıl Ismayılov həm də şirkətin “qara kassası” hesab olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər