Məkkədəki seçkinin şok nəticələri
11-10-2013, 15:00
Oxunub: 4 960
MSK-nın məlumatına görə, İlham Əliyevə 2899, Cəmil Həsənliyə 95 seçici səs verib; zəvvarlardan 5 nəfər Hafiz Hacıyevi dəstəkləyib
Xəbər verildiyi kimi, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar da prezident seçkisində iştirak ediblər. Oktyabrın 9-da Məkkə şəhərində yerləşən “ən-Nazha” hotelində yaradılmış seçki məntəqəsində zəvvarlar səs veriblər. Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də səsvermə hüququndan istifadə edib.
Bu il Həcc ziyarətinə Azərbaycandan 3600 zəvvar gedib. Seçkidə onların böyük qismi iştirak edib. Amma zəvvarların qeydiyyatı üçün onlardan alınan pasportlar hələ də qaytarılmayıb. Məlumata görə, bu, bilavasitə QMİ sədrinin göstərişinə əsasən baş tutub.
Belə ki, Şeyx zəvvarlara pasportlarını yalnız seçki günü müəyyən edilmiş oteldə yaradılmış məntəqəyə gələrək səs verdikdən sonra qaytarılması göstərişini verib. Bu isə zəvvarlar arasında narazılığa səbəb olub.
Məkkədə keçirilən seçkilərin rəsmi açıqlanan nəticələri ilə maraqlanmaq üçün Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olduq. MSK-nın yaydığı rəsmi məlumata görə, 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 46 saylı məntəqəsindən səs verən zəvvarlardan 2899 seçici İlham Əliyevə, 95 seçici isə Cəmil Həsənliyə səs verib. İqbal Ağazadəyə 27, Araz Əlizadəyə 3, Hafiz Hacıyevə 5, Qüdrət Həsənquliyevə 4, İlyas İsmayılova 23, Fərəc Quliyevə 1, Sərdar Cəlaloğluna 1, Zahid Oruca isə 6 seçici səs verib.
Emil SALAMOĞLU
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər