Moskvada azərbaycanlıların işlədiyi bazar darmadağın edildi -Video - Foto
14-10-2013, 09:15
Oxunub: 3 685
Moskvanın Qərbi Biryulevo rayonunda qəzəbli kütlə miqrant tərəfindən qətlə yetirilmiş rusun qisasını almaq üçün “Biryuza” ticarət mərkəzini və tərəvəz bazasını darmadağın edir
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, qətl “Biryuza” ticarət mərkəzində bir neçə gün əvvəl baş verib. Gəlmələrdən kimsə nişanlısının gözünün qabağında rus gənci bıçaqlayıb. Yerli millətçilər və slavyan futbol fanatları bu gün axşam saatlarında toplaşaraq hakimiyyət orqanlarından qatilin tapılmasını, habelə miqrantlara qarşı qəti tədbirlər görülməsini tələb ediblər.
Daha sonra 500-dən çox adam “Biryuza” ticarət kompleksinə hücum edib, mağazaları talamağa, şüşələri sındırmağa və vitrinləri dağıtmağa başlayıb. OMON qəzəbli kütləyə müdaxilə etsə də onların qarşısını ala bilmir. OMON onlarla adamı saxlasa da digərləri saxlanılanların mindirildiyi avtobusu mühasirəyə alaraq onları azad ediblər. “Dojd” telekanalı xəbər verir ki, bu dəqiqələrdə baş verənlərlə bağlı Moskva meriyası təcili müşavirə keçirir.
Ticarət mərkəzinə hücumla kifayətlənməyən kütlə yaxınlıqda yerləşən və miqrantların işlədiyi tərəvəz bazasını da darmadağın edir. Kütlə OMON-un qarşısını kəsmək üçün küçələrdə barrikada qurur. Polis uzun müddət kütləyə loyal yanaşıb, lakin daha sonra hadisələr nəzarətdən çıxıb.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes