BolgeXeber.Com » Analitika » Qalib liderin Moskva səfəri –Paşinyanın növbəti məğlubiyyəti

Qalib liderin Moskva səfəri –Paşinyanın növbəti məğlubiyyəti

29-05-2023, 09:06
Oxunub: 4 160

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sıx dostluq əlaqələri, qarşılıqlı tərəfdaşlıq, səmimi qonşuluq münasibətləri daima mövcud olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu münasibətlər hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Cari ilin 25 may tarixində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmək üçün cənab Prezident İlham Əliyevin Moskva səfəri bu əlaqələrin inkişafının bir daha göstəricisidir. Səfər zamanı Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmüş, eləcə də Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmiş və ətraflı çıxış etmişdir. Çıxışı zamanı mühüm məsələlərə toxunan Prezident İlham Əliyev Azərbaycanın daima Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etdiyini xüsusi ilə vurğuladı. Ermənistan istisna olmaqla bu təşkilata daxil olan digər üzv dövlətlərlə Azərbaycanın 30 il ərzində uğurlu əlaqələr qurduğundan bəhs etdi. Bu əlaqələrin mühüm göstəricisi kimi ötən il ərzində Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmışdır.
Çıxışı zamanı Azərbaycan və Ermənistan münasibətlərinə toxunan Prezident İlham Əliyev Azərbaycan Respublikası və Ermənistan Respublikasının bir-birinin ərazi bütövlüyünü tanımasının əsasında sülh müqaviləsinə doğru ən ciddi addımlardan biri olduğunu və Azərbaycanın daima sülhü dəstəklədiyini iclas iştirakçılarının nəzərinə çatdırdı. Azərbaycanın uğurlu iqtisadi inkişafından ,həyata keçirdiyi layihələrdən söz açan Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşməsi nəticəsində ölkəmizin nəqliyyat-logistika infrasturukturunun bütün istiqamətlərdə daşınmasına imkan verdiyini bildirdi. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanələrinin olması ölkəmizin bu sahədə də ciddi irəliyişlərinin olmasının sübutudur. Bakı-Tiblisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışının təmin etməsini Prezident İlham Əliyev mühüm amil kimi qiymətləndirdi .
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin beynəlxalq dəmiryolu ilə marşurutların bir hissəsi olacağından, Azərbaycanı Naxçıvanla birləşdirəcəyindən də həmçinin bəhs etdi. O, Zəngəzur dəhlizinin önəmli olmasından ətraflı danışdı.
Azərbaycanda hal-hazırda 8 beynəlxalq aeroportun fəaliyyət göstərməsini, 2025-ci ildə isə Laçında doqquzuncu aeroportun istifadəyə veriləcəyini Prezident İlham Əliyev bildirdi. Bu hava limanları vasitəsilə ölkəmiz illik 500 min ton yük dövriyyəsinə malikdir.
İclas zamanı Ermənistanının Baş Naziri Nikol Paşiniyan Azərbaycana qarşı əsası olmayan ittihamlar irəli sürdü. N.Paşiniyanın əsassız ittihamına görə guya Azırbaycan Laçın Xankənkəndi yolunu bağlayıbdır, Ermənistana qarşı ərazi iddiaları vardır. Həmişə olduğu kimi təmkinlə, yüksək siyasi savadla prezident İlham Əliyev N.Paşinyanın yalançı ittihamlarını puç etdi, onun yalanlarını ifşa etdi. Belə ki, cənab prezident cavab nitqi zamanı Azərbaycanın Ermənisatana heç bir ərazi iddiasının olmadığını, N.Paşinyanın beynəlxalq terminləri düzgün anlamadığını iclas iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, Ermənistanın Baş Naziri beynəlxalq ictimaiyyət qarşısında özünü pis vəziyyətə saldı, bu da onun qalib lider qarşısında növbəti məğlubiyyəti oldu.
Daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşən Prezident İlham Əliyev Rusiya və Azərbaycan əlaqələrindən , Qarabağ məsələsindən danışmışdır. Qarabağ məsələsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasının sülhü asanlaşdıran faktorlardan biri olduğunu vurğulamışdır. Rusiya Federasiyasının bu məsələdə mühüm rolunu xüsusilə qeyd etmişdir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də öz növbəsində, Rusiya və Azərbaycanın çoxşaxəli əlaqələrindən bəhs etmişdir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü ilə əlaqədar Moskvada və digər şəhərlərdə yubiley tədbirlərinin keçirilməsini qeyd etmişdir. O, Heydər Əliyevin hazırkı Rusiya və Azərbaycan əlaqələrinin əsasını qoyduğunu bildirmişdir. Vladimir Putin Azərbaycanla Rusiyanın bu günki münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxdığını xüsusilə nəzərə çatdırmışdır. Bu da Azərbaycanın bölgədə mühüm nüfuza malik olduğunun, Prezident İlham Əliyevin güclü xarici siyasətinin göstəricisidir.

Mərahim Yusifzadə - Bərdə rayonu N. Quliyev adına Mollalı kənd tam orta məktəbinin direktoru