"Azəriqaz"ın əməkdaşı abonentə "fırıldaq" gəlib
19-10-2013, 09:40
Oxunub: 5 531
“Bütün bunlar da onu göstərir ki, "Azəriqaz"ın bəzi əməkdaşları fırıldaqçılıqla məşğuldurlar”
Abşeron rayonunun Aşağı Güzdək kənd sakini Şahverdiyev Kazım Kamal oğlu "azerbaycaninfo.com"a "Azəriqaz" İstehsalat Birliyinin yerli şöbəsinin əməkdaşları tərəfindən aldadılması və istehlakçı hüqülarının kobud şəkildə pozulması barədə şikayət edib. Onun dediyinə görə, bu ilin aprel-may aylarında onun evinin qaz sayğacı yeni Smart-kart tipli sayğacla əvəz olunub. Yeni sayğac quraşdırılmazdan əvvəl köhnə sayğacın göstəriciləri ilə bağlı araşdırılma aparılarkən məlum olub ki, abonent dövlət büdəcsinə 3 manat 60 qəpik artıq pul ödəyib: "Bunu mənə "Azəriqaz"ın Zahir adlı əməkdaşı dedi. Sənədlərdə və protokollarda da pulu artıq ödədiyim öz əksini tapdı. Amma Smart-kart tipli qaz sayğacı quraşdırılandan sonra ciddi problemlə üzləşdim. Yəni hər dəfə karta 20 manat yükəyirəm, amma "Azəriqaz" kartımdan 5-6 manat pul çıxır. Mən bu barədə Zahirə də məlumat verdim. O da dedi ki, borcumu ödəmədiyim üçün kartımdan pul çıxılır. Mən ona dəfələrlə dövlətin mənə 3 manat 60 qəpik borcu olduğunu desem de, faydası olmayıb. Bütün bunlar fırıldaqdır və istehlakçının aldadılması yolu ilə maddi ziyana salınmasıdır. Bütün bunlar da onu göstərir ki, "Azəriqaz"ın bəzi əməkdaşları fırıldaqçılıqla məşğuldurlar. Ona görə də mən yeni sayğacdan imtina etmək istəyirəm. Və "Azəriqaz"dan tələb edirəm ki, mənim köhnə sayğacımı əvvəlki yerinə quraşdırsınlar".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər