“Amaliya Pənahova ağlını çaşdırıb”- Qalmaqal
20-10-2013, 09:50
Oxunub: 4 642
Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahova müsahibəsində Akademik Milli Dram Teatrını ittiham edib. “Akademik Milli Dram Teatrı həmişə mənim aktyorlarımı öz səhnəsinə aparıb, sonra məhv edib, işdən çıxarıb”-deyə bildirən Xalq artistinə cavab gecikməyib.
Bolgexeber.com xəbər verir ki, Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov AzNews.az-a açıqlamasında bildirib ki, o, nə indi, nə də teatrda direktor olduğu illərdə Bakı Bələdiyyə Teatrı adında qurum tanımayib: “Oradan biz kimi gətirmişik? Pulumuz olsaydı, özümüz xərcləyərdik. Bunların dərisini o qədər dartıblar ki. Artıq o, ağlını çaşdırıb. Onun teatrından bizə Valeh adlı aktyor müraciət etdi. Ona da rejissor dedi ki, sənin ampulanda bizdə 4-5 aktyor var.
O, da çıxıb getdi. İndiki aktyorlar müqavilə ilə 4-5 teatrda işləyir. Fuad Poladov kimi aktyor Rus Dram, Akademik Teatr və başqa teatrlarda oynayır. Əgər aktyor istedadlıdırsa, onun üçün hər yerdə “yaşıl işıq” yanır. Ümumiyyətlə, belə bir teatr varmı? Hiss olunmur ki, belə bir teatr var. Amaliya xanım özündən incisin. Bunlar mənim dövrümdə olmayıb”.
M.Bünyadov Amaliya Pənahovanı teatra direktor olmaq istəməkdə də günahlandırıb: “Məlik Dadaşov, Şəfiqə Məmmədova, Amaliya Pənahova getdi. Onların hamısı müdir olmaq istəyirdi. Elə bu iddia ilə də Akademik Milli Dram Teatrının hörmətini aşağı saldılar. Həsən Turabov da müdir oldu. Teatrın sütunu isə bu adıçəkilən adamların üstündə qurulmuşdu. Silkələnmə yarandı. Teatrın özünə gəlməsi üçün baza lazımdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər