Bu rayonların icra başçıları vəzifələri ilə vidalaşacaq
23-10-2013, 08:40
Oxunub: 5 850
Ölkə başçısı İlham Əliyev andiçmə günü məmurlara ciddi mesaj verdiyini qeyd etmişdik. Hətta Əli Əhmədov KİV-nə açıqlama verərkən islahatların aparalıcağını vurğulamışdır. Görünən odur ki, Prezident İlham Əliyevin seçkilərdən az müddət keçməsinə baxmayaraq öz islahatlarına start verdi. Bildiyiniz kimi ,Azərbaycan Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov, Kənd Təsərrüfatı naziri İsmət Abbasov, müdafiə naziri Səfər Əbiyev , Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov vəzifələrindən çıxarıldı.
Bildirilir ki,bu hələ son deyil və yaxın zamanlarda digər yüksək vəzifəli şəxslərdə kresloları ilə vidalaşmalı olacaqlar. Bolgexeber.com-a eibarlı mənbədən daxil olan məlumata görə yeni hökumətin təsdiq olunmasından sonra bir sıra icra başcıları işindən olacaq. Bolgexeber.com bildirir ki,prezident yuxarı səviyyədə kadr dəyişikliyi qurtaran kimi icra başçıları arasında da kadr islahatları aparacaq və bu daha geniş xarakter daşıyacaq.Buna səbəb kimi bir çox icra başçılarının prezidentin etimadını doğrultmaması və vətəndaşları narazı salmaları,onların problemlərinə biganə qalmaları və müxtəlif qanunsuz əməlləri göstərilir.Etibarli mənbələrdən aldığımız məlumata görə yaxın zamanlarda kütləvi surətdə vurulacaq icra başçılarının arasında Şabran, Ağsu,Hacıqabul,Ağcabədi,Tovuz,Zaqatala,Qax,Gədəbəy,Salyan,Neftçala rayonlarının icra başçıları yer alacaq .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər