BolgeXeber.Com » Analitika » Mənsur Məmmədov Ziya Məmmədovun qəzəbinə tuş gəlib

Mənsur Məmmədov Ziya Məmmədovun qəzəbinə tuş gəlib

25-10-2013, 11:00
Oxunub: 4 267 Göyçayda icra başçısının vəzifədən əlindən alınacağı ilə bağlı söz-söhbət dolaşır.

Bundan başqa rayonda icra başçısı Mənsur Məmmədovun hamisi, nəqliyyat naziri Ziya Məmmədovun qəzəbinə tuş olması da əsas dedi-qodu mövzusuna çevrilib.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, söz-söhbətin yaranmasına əsas var. Çünki doğurdanda Ziya Məmmədovun yaxın əhatəsində olduğu üçün bu günə qədər heç kimlə hesablaşmayan, ölkəninin vurub-çatan başçılarından biri hesab edilən Mənsur Məmmədovun öz hamisi ilə ciddi problemləri meydana çıxıb.

Məlumata əsasən problemin yaranmasına səbəb Mənsur Məmmədovun Göyçayda Höngütlü kəndində Ziya Məmmədov üçün dəyəri milyon manatlarla ölçülən təmtəraqlı villa səbəb olub. Bildirilir ki, Ziya Məmmədov həmin ərazidə 50 hektarlıq süni göl yaradıb və gölün ortasında dəyəri 4-5 milyon dollar olan villa tikdirib. Tikintini Mənsur Məmmədova yaxın olan «ATF» şirkəti həyata keçirib.

Mənbəninin verdiyi məlumata görə Ziya Məmmədov Mənsur Məmmədovdan villanın onun üçün tikildiyni gizli saxlanılmasını istəyib. Buna görə də Göyçayda belə bir şayiə yaydırılıb ki, möhtəşəm villanı və 50 hektarlıq süni gölü əslən göyçaylı olan və hazırdan Londonda məskunlaşan azərbaycanlı milyarder Fərhad Əhmədov üçün tikilir.

Məlumata əsasən Göyçayda möhtəşəm villanının tikilməsi diqqəti cəlb edib və məsələ hakimiyyətin yüksək dairələrinə qədər gedib çıxıb. Mənsur Məmmədovdan villanın kim üçün tikildiyi haqda hesabat tələb olunduqda isə, icra başçısı bildirib ki, inşa olunan villa nəqliyat naziri Ziya Məmmədova aiddir. Bu xəbər isə Göyçayda ətrafa sızdırılıb. Bundan sonra isə rayonda Höngütlü kəndində inşa olunan süni gölün və möhtəşəm villanının Ziya Məmmədova aid olduğu hər kəsə bəlli olub.

Bildirilir ki, öz yaxın adamı tərəfindən pis vəziyyətə salınan Ziya Məmmədov Mənsur Məmmədova həddindən artıq qəzəblənib. Bu üzdəndə Göyçayın icra başçısı qüdrətli nəqliyyat nazirinin qara siyahısına alınıb.

Mənbə bildirir ki, buna görə də, yaxın aylarda Mənsur Məmmədovun vəzifədən alınması gözlənilir. Buna baxmayaraq Mənsur Məmmədovun özünü əfv etdirməyə və heç olmasa başqa bir rayona təyinat almağa çalışdığı bildirilir. Lakin Göyçayın abalaşdırılmasında yol verilən böyük maliyyə maxinasiyaları və rayonda korrupsiyanın tüğyan eləməsi Mənsur Məmmədovun «qurbanlıq» olaraq seçilməsini istisna etmir.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…