Azərbaycanlı miqrantlar ailələrini Rusiyaya apara bilməyəcəklər!
27-10-2013, 12:15
Oxunub: 5 104
Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdiriləcək. Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, təklif olunan yeni dəyişikliklər miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirəcək. Yeni təklifin bir ay ərzində qanun şəklinə salınacağı gözlənilir. Dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək. Hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.
Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar rüsum ödəməli olacaq. Bundan başqa sahibkar MDB ölkələrindən olan vətəndaşları nə üçün işə götürdüyünü dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməyə məcbur ediləcək. Ekspertlərin fikrincə, tətbiq olunan bu qadağalar sahibkarların miqrantları işə götürməkdən imtina etməsinə yönəlib. Dəyişikliklər qəbul olunduqdan sonra Rusiyada çalışan miqrantların Vətənə dönüşü daha intensiv xarakter ala bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər