BolgeXeber.Com » Analitika » «İnstal-Servis» MMC-nin arxasında hansı məmur dayanıb?

«İnstal-Servis» MMC-nin arxasında hansı məmur dayanıb?

30-10-2013, 10:25
Oxunub: 8 398 Rayonlarda abadlıq işlərinin aparılması inhisara götürülüb

Son illər rayonlardə dövlət proqramı əsasında başlayan təmir tikinti abadlıq işləri getdikcə sürətlənir. Ancaq çox milyonlu təmir tikinti işlərinin əslində mahiyyəti daha çox oğurlanan vəsaitlərin ört basdır edilməsidir. Çünki hər kəsə aydındır ki, bütün şirkətlər təmir tikinti abadlıq lahiyyələrində gördükləri işlərin dəyərini bir neçə dəfə şişirdərək dövlət vəsaitini bu yolla oğurlayırlar. Yəni onların qazancları ancaq budur.

Regionlarda başlanan sürətli abadlaşdırma işlərini ilk əvəllər yerli icra başçıalrına yaxın şirkətlər həyata keçiridi. Bu zaman is? oğurlanan vəsaitin xeli hissəsi məhz icra başçılarına çatırdı. Ancaq indii vəziyyət dəyişib. Bu barədə pia.az daxil olan məlumata görə son illər icra başçılarının abadlıq biznesi əllərindən alınıb və bu sahə də demək olar ki, inhisara alınıb. Belə ki, çoxmilyonlu tenderlər bir başa məmurlara bağlı şirkətlərə tapşırılır və bütün işləridə məhz həmin şirkət həyata keçirir.

Belə şirkətlərdən biridə «İnstal-Servis» MMC dir. Bizim marağımızı çəkən əsas məqamlardan bir isə odur ki, heç bir yerdə tanınmayan bu şirkət birdən birə Cəlilabad, Bərdə, Kürdəmir, Tərtər və başqa rayonlarda çoxmilyonlu lahiyyələrin qalibi olub və adı çəkilən rayonlardakı abadlıq təmir tikinti işlərini həyata keçirib.

Təxminən il ərzində 10 milyon manatdan çox iş götürən bu şirkətin hansısa yüksək ranqlı bir məmura aid olduğu bildirilir. Şirkətin fəaliyyət göstərdiyi rayonlardan birinin icra hakimiyyəti aparatında çalışan məmurlardan biri pia.az bildirib ki, icra həmin rayonun icra başçısı çox çalışıb ki, rayon mərkəzinin təmirini abadlaşdırılmasını özünə yaxın bir şirkətə versin. Ancaq hansısa bir məmurun təzyiqi ilə üzləşdi və tenderi «İnstal-Servis» MMC yə verdi.

Adı çəkilən şirkətin gördüyü işlərlə bağlı apardığımız araşdırmada məlum oldu ki, məlum qısa müddət öncə fəaliyyətə başlayan «İnstal-Servis» MMC hər sahədə iş götürüb.Yəni yollara asvalt qoyub, rayon mərkəzlərinin işıqlandırılması, yaşıllaşdırılmasını və eyni zamanda yeni binalar da tikib.

Xatırladaq ki, hüquqi ünvanı Maştağa qəsəbəsindəki bağ evlərindən biri göstərilən bu şirkət Tərtər şəhərində yolların təmiri üçün ayrılmış 510 min, şəhərdə kommunal yaşayış binalarında əsaslı təmir işlərinnə ayrılmış 150 min, Tərtər şəhərində abadlıq və əsaslı təmir işlərinin aparılmasına görə nəzərdə tutulmuş 500 min manatlıq layihələrin, habelə Cəlilabadda gerçəkləşdirilməli olan təmir və abadlıq işlərinə görə ümumi dəyəri 500 min manatdan artıq 2 layihənin, Bərdə şəhərində küçələrin işıqlandırılmasına görə ayrılmış 150 min manatlıq layihələri həyata keçirib 2013-cü ildə "İnstal Servis" MMC 10 milyon manatdan artıq belə layihələri həyata keçirib.

Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, görülən bütün işlərin qiymətləri İntal-Servis MMC rəhbərliyi tərəfindən şişirdilib.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…