Komitə sədrindən müdhiş maxinasiya
6-11-2013, 15:15
Oxunub: 5 040
Komitə sədri Heydər Əliyev Mərkəzinin tikintisinə yardım adı altında işçilərinin 3 aylıq əmək haqlarını kəsib
Dövlət Əmlakının İdarəedilməsi Komitəsinin sədri Kərəm Həsənovla bağlı yeni məlumatlar ortaya çıxıb. Daha doğrusu, bu dəfə də onun həyata keçirdiyi müdhiş maxinasiyalardan biri ilə bağlı informasiyalar yayılıb.
Jam.az-a daxil olan məlumata görə, komitə sədrinin bu dəfəki maxinasiyası Heydər Əliyev Mərkəzinin tikintisi ilə bağlıdır. İddialara görə, Kərəm Həsənov mərkəzin tikintisi zamanı rəhbərlik etdiyi komitənin bütün işçilərinin əmək haqlarını 3 ay verməyib. Hal- hazıra qədər də işçilər həmin 3 aylıq əmək haqlarını ala bilməyiblər. Səbəb kimi isə Heydər Əliyev Mərkəzinin inşa edilməsinə maddi yardımın edilməsi göstərilib.
Məlumatda o da vurğulanır ki, Kərəm Həsənov həmçinin bu məqsədlə komitədə alınan pulların miqdarını da artırıb. Belə ki, o, özəlləşdirmədən tutmuş adi arayışa qədər hər şey üçün alınan pulların artırılmasını işçilərindən tələb edib. Və bu artımı da yenə də mərkəzin tikintisi ilə əlaqələndirib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər