BolgeXeber.Com » Analitika » Telekanallar Ziya Məmmədova qarşı

Telekanallar Ziya Məmmədova qarşı

7-11-2013, 12:15
Oxunub: 3 689 Seçkidən sonra iki nazirin yola salınması və yerdəyişmə islahatları kompromat savaşına cığır açıb. Məmurlar arasında yenidən bir-birinə qarşı kampaniyalar başlanıb və ilk hədəfə çıxarılan nəqliyyat naziri olub. Ziya Məmmədov bir neçə gündür ölkə telekanallarında sərt şəkildə tənqid olunur. Bir nazirliyin və onun idarəetmə sisteminin tənqidi ölkə telekanallarında icazəsiz baş tuta bilməz. Yalnız sifarişlə dövlət məmurunun fəaliyyətinə tərs şapalaq çəkirlər. Necə ki, nəqliyyat naziri dövlət qəzetlərində arabir tənqid hədəfinə çevrilir.

Nazirə yönələn tənqidlər qəzet müstəvisindən televiziya səviyyəsinə qaldırılıb. Ümumiyyətlə, bir məmurun işdən çıxarılması üçün tutarlı arqumentlər irəli sürülür. Yəni boş-boşuna və ya heç bir əsas göstərmədən hansısa məmuru işdən çıxarmaq istəməyən iqtidar bununla cəmiyyətin də rəğbətini qazanmağa çalışır.

O baxımdan telekanallarda nəqliyyat naziri haqda davamlı materiallar yayımlanır. Son günlər ATV və ANS-də Z.Məmmədovun nəqliyyatda yaratdığı xaotik vəziyyət tənqid atəşinə tutulub.

Nazirin fəaliyyətsizliyi nəticəsində ictimai nəqliyyatda problemlərin azalmaq əvəzinə böyüməsi, tıxacların günbəgün çoxalması, nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri və s. faktlar telekanallarda yer alıb.

Məlumata görə, Z.Məmmədovun “vurulması” rəqiblərinin işidir. Prezident Administrasiyasının rəsmi qəzetində tənqid olunan nazir indi də telekanallarda hədəfə tuş gəlib.

ATV və ANS-də “Nəqliyyat müfəttişliyinin özbaşınalığı” başlığı altında süjetlər təqdim olunub.

Süjetdə müfəttişlərin qanunsuz hərəkətləri, sürücülərə qarşı dələduzluğu nümayiş etdirilib. Yükdaşıma ilə məşğul olan sürücü Yusif Murtuzov Nəqliyyat Nazirliyinin müfəttişlərinə sənədlərini təqdim etməsinə baxmayaraq, ondan rüşvət tələb etdiklərini bildirib. Süjetdə şikayətçi sürücünün dediklərinə yer ayrılıb və belə halların ilk dəfə baş vermədiyi