Salyanlı iş adamını yoxlamağa başladılar
9-11-2013, 11:40
Oxunub: 5 398
Bahalı maşınlardan ibarət toy karvanı təşkil edən Qurban Abbasovu vergi işçiləri təftiş edəcəklər, bunun sifariş olduğu ehtimalı var
Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayılmış bir xəbər bütün gündəmi dəyişmişdi. Əvvəlcə keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toyundan çəkilmiş fotoşəkil iddiası ilə yayılmış görüntülərin sonradan başqasına məxsus olduğu aydınlaşdı.
Çoxlu sayda bahalı “Mercedes -Benz G-Class Gelandewagen” maşınları ilə toy korteci qurmuş şəxs Salyanlı iş adamıdır. Oğlunun toyunda belə bir hoqqa çıxaran işa adamı Qurban Abbasov görüntülərin mediyaya sızacağını düşünmürmüş. Lakin sonradan dilə-dişə düşdüyündən peşimanlıq hissi keçirməyə başlayıb.
Verilən məlumata görə, fotoşəkillərin sosial şəbəkəyə sızmasının təşkilatçısı isə Qurban Abbasovun elə onunla eyni rayonda yaşayan, amma illərdir aralarında rəqabət gedən başqa bir iş adamı yayımlayıb. Tərəflər arasında xeyli müddətdir davam edən rəqabət hətta düşmənçilik həddinə qədər çatıb. Elə bu fotoların mətbuata çıxarılması da məqsədli olub.
Gələn son xəbərlərə görə, artıq Qurban Abbasova regional Vergi Departamentindən məktub gəlib. jam.az-a çatan bilgilərdə vurğulanır ki, həmin məktubda vergi işçiləri iş adamının obyektlərində yoxlama aparacaqları qeyd olunur.
Qeyd edək ki, adətən belə olaylardan sonra vergi işçiləri yoxlamaya gəlirsə, bunun xeyrə əlamət olduğu inandırıcı görünmür. Çünki hər dəfəsində belə yoxlamalar «külli miqdarda vergidənyayınma halları»nın ortaya çıxmasına səbəb olur və nəticədə, ya iş adamı tamamilə müflis edilir, ya da həbsə atılır. Böyük ehtimalla bu yoxlamalar sifarişlidir. Görünür, bahalı maşınlardan ibarət toy karvanı hazırlatdıran iş adamı da atdığı addımın bəlasına keçib.
Bu əsnada onu da bildirək ki, Qurban Abbasov mətbuatda haqqında getmiş məlumatları təkzib etdirmək üçün əl-ayağa düşüb. Artıq bir neçə media mənsubu ilə görüşərək, onlardan bu işləri yoluna qoymaq üçün dəstək belə istəyib. Hətta yaxın günlərdə Salyanlı iş adamı ilə bağlı tərif dolu məqalələrin mətbuatı bəzəməsi də mümkündür.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər