BolgeXeber.Com » Analitika » Arif Əsgərovun bacanağı danışdı

Arif Əsgərovun bacanağı danışdı

29-11-2013, 10:40
Oxunub: 3 517 48 milyon qalmaqla görə həbs edilən Rahib Hüseynovun atası İsmayıl Hüseynov redaksiyamızda oldu və bəzi maraqlı açıqlamalar verdi

“Mənim atam sahibkarlıqla məşğul olanda Arif Əsgərovun atası riyaziyyat müəllimi idi”

Qəzetimizin 23 noyabr 2013-cü il tarixli sayında “Arif Əsgərovun adı keçən 48 milyonluq işdə müdhiş yenilik” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun 48 milyon manatlıq yeyintiyə görə həbs olunması ilə bağlı qalmaqaldan bəhs edilirdi. Aldadılan sahibkarlar və hüquq-mühafizə orqanları ilə problem yaşayan A.Əsgərovun indi də qohumlarının ittihamları ilə üzləşməsi haqda məlumat verilmişdi.

Həbs olunan Rahib Hüseynov A.Əsgərovun baldızı oğludur və “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nın marketinq şöbəsində çalışıb. R.Hüseynovun atası, Tovuz rayonunda yaşayan iş adamı İsmayıl Hüseynov redaksiyamıza gələrək yazı ilə bağlı bəzi iradlarını bildirib. İ.Hüseynov redaksiyamıza xanımı və qaçdığı iddia edilən oğlu Eminlə birlikdə təşrif buyurmuşdu.

İsmayıl Hüseynov yazıdakı bəzi ittihamların gerçək olmadığını deyir: “Rahib Hüseynovun bibisi Türkiyədə yaşayır. Bibisi ürək əməliyyatı olunduğu üçün Rahib ona baş çəkməyə gedib və 3 gün də orada qalıb. Oradan isə Tovuzda ata evinə baş çəkməyə gəlib. Onu Qırmızı Körpüdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tutublar. Qəzetdə yazılıb ki, onun iş otağı ikinci mərtəbədə rəisin otağı ilə yan-yana olub. Bu, belə deyil. Rəisin otağı ikinci mərtəbədə, Rahibin otağı isə 3-cü mərtəbədə yerləşir. Hazırda istintaq gedir. İstintaqın nəticəsində bütün faktlar ortaya çıxacaq. Mən özüm sahibkaram, Tovuzun Sahibkarlar Şurasının sədriyəm. İstəyirəm ki, oğlum Rahib Hüseynov vətənə, xalqa layiqli övlad olsun. İstintaq bitdikdən sonra mən onun səhvlərini deyəcəyəm. Yazıda qeyd olunub ki, Rahib Hüseynovun qardaşı Emin dəmir yolunda işləyir. O, dəmir yolu sistemində işləmir və Tovuzda fəaliyyət göstərən, təsisçisi olduğum ”Arsenal" firmasında çalışır. Yəni mənə yardım edir, heç yerə de getməyib. Bir də qeyd edilib ki, Rahib Hüseynovun anası Lətifə Hüseynova özünü öldürmək istəyib. Elə bir şey olmayıb. Ona görə də anasını da gətirmişəm ki, görəsiniz. O, müəllimədir. Burada yazılıb ki, İsmayıl Hüseynov Tovuzda Arif Əsgərovun şərikli fermasını işlədir. Mənim atam sahibkarlıqla məşğul olanda Arif Əsgərovun atası riyaziyyat müəllimi idi. Mən ondan çox qabaq bu işi yaratmışam. Arif Əsgərov çox ləyaqətli dövlət məmurudur. O mənim gözümün qabağında böyüyüb. Bu məsələdə onun heç bir iştirakı yoxdur".musavat.com