"Qarasu"da "sular bulandı"...
21-02-2015, 14:49
Oxunub: 7 541
«Şirvan şəhərində yerləşən "Qarasu Əməliyyat Şirkətində neftin qiymətinin aşağı düşməsi adıyla işçiləri məcburi surətdə bir ay müddətinə "öz hesabına" məzuniyyətə göndərirlər»
Bu barədə faktxəbər-in redaksiyasına göndərilən şikayət məktubunda bildirilir. Şikayətçinin sözlərinə görə, hətta bəzi sahələrdə ixtisara salınmaqla işdən azad olunma halları da mövcuddur.
Qeyd edək ki, dünya bazarında neftin ucuzlaşması neft şirkətlərini işçilərini ixtisar etməyə məcbur edir. “BP-Azərbaycan” şirkətihələ ötən il dekabrın əvvəlində heyətini 15 faiz azaldılacağını elan etmişdi və artıq bu işinə start verib.
Həmçinin ARDNŞ-in 24 dekabr, 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar, 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib. Uzun illər “Azərneftyağ” neft emalı zavodunun idarəetmə aparatında çalışmış bir neçə işçi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya bildiriblər ki, artıq ixtisar xəbərdarlığı alıblar. Mirvari Qəhrəmanlı neftçilərin müraciəti barədə belə demişdi: “Mənə dedilər ki, iki ay əvvəl onlara 389 nəfərin ixtisar olunacağı bildirilib. O zaman idarə aparatında çalışanların adları çəkilmirdi. Ancaq indi deyirlər ki, siyahıda idarə aparatında işləyənlər də var. Kim Bakı Neft Emalı Zavoduna az maaşla aşağı vəzifədə işləməyə razılaşsa, o qalacaq. Kim razılaşmasa, bu başdan başına çarə qılsın. İşçilərsə deyirlər kim razı olar ki, burada şöbə müdiri işləyəndən sonra gedib orada yer süpürsün?»
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər