BolgeXeber.Com » Ölkə » “BERMUD ELECTRONİCS”dən növbəti saxtakarlıq-CİNAYƏT

“BERMUD ELECTRONİCS”dən növbəti saxtakarlıq-CİNAYƏT

23-02-2015, 14:05
Oxunub: 5 311 “BERMUD ELECTRONİCS”dən növbəti saxtakarlıq-CİNAYƏTŞirkətin xanım əməkdaşının müştəriyə “Get kimə deyirsən de, bu bizə maraqlı deyil. Sizin televizor düzəlməyəcək” deməsi isə özbaşınalıqdan başqa bir şey deyil

Son günlərdə xeber 1.az redaksiyasına müxtəlif şirkətlərin zəmanət talonu ilə bağlı maraqlı məlumatlar daxil olmaqdadır.
Ötən ilin noyabr ayında “BERMUD ELECTRONİCS” mağazasının xidmətləri haqqında, istehlakçıları necə aldatdıqları barədə yazmışdıq.
Yazı haqqında qısa arayış!
Əsas diqqətimizi çəkən müraciətlərdən biri müştəri Rəsulov Fuad Füzuli oğlunun yazdığı məktub oldu. Məktubda qeyd olunur ki, F.Rəsulov 11.01.2013-cü il tarixdə “BERMUD ELECTRONİCS”dən “REGAL” markalı LED TV alıb. Lakin 1 ildən biraz müddət keçmişdir ki, TV-nin ekranında xətt əmələ gəlməyə başladı. Daha sonra bu xətt böyüyərək Televizor ekranını demək olar ki, 40 faizini tutdu. Məsələnin ciddiliyini görən müştəri televizoru zəmanət talonu ilə birgə dükanın rəsmi servisinə aparıb. 11.01.2016-cı ilədək zəmanəti olan televizorla bağlı məyusluq da elə bu vaxtdan başlayıb. Belə ki, mağazadan qeyd ediblər ki, ekranın aşağı hissəsinə maye tökülüb və ekran yararsız hala düşüb. Məsələ burasındadır ki, müştəri televizoru alan gündən divardan (təxminən 1.4 m hündürlükdən) asaraq onun tam təhlükəsizliyini təmin etdiyini iddia edir (saytımızın əməkdaşı müştərinin evində olub və bu təsdiqlənib).
Başqa bir maraqlı fakt ondan ibarətdir ki, burada nəinki zəmanət yerinə yetirilməyib, hətta əməkdaşların müştəri ilə kobud danışığı da məktubda xüsusi qeyd olunur. Şirkətin xanım əməkdaşının müştəriyə “Get kimə deyirsən de, bu bizə maraqlı deyil. Sizin televizor düzəlməyəcək” deməsi isə özbaşınalıqdan başqa bir şey deyil. Daha sonra isə servis əməkdaşlarından birininin “Bu televizorlardan bizdə xarab olanı çoxdu. Bunları təmir etmək üçün heç bir detal yoxdu. əgər xarab oldusa apar tulla” deməsi istelakçılara qarşı zəmanət maxinasiyası kimi qiymətləndirilməlidir.
BU YAZINI DƏRC EDƏNDƏ PROBLEMİN QISA ZAMANDA HƏLL OLUNACAĞINA ÜMİD EDİRDİK. Bununçün kifayət qədər əsaslarımız da var idi. Çünki vətəndaş yenidən mağazaya gedəndə onun «deffekt» çıxan televizorunun zəmanətə uyğun olaraq təmir ediləcəyini, bu mümkün olmadıqda isə yenisi ilə əvəz ediləcəyini dedilkər. Bu bizi çox sevindirdi.
Lakin…
Vətədaş mağaza deyən vaxtda, yəni 2015-ci ilin yanvar ayında yenidən müraciət edəndə daha iyrənc mənzərə ilə rastlaşdı. Velə orda vətəndaşa heç bir kömək edilməyəcəyini dedilər. Vətəndaş öz növbəsində hüquqularının bərpa olunmayacağı təqdirdə müxtəlif instansiyalara müraciət edəcəyini deyəndə, mağazanın «reketləri», «Get kimə deyirsən de, bizim heç kimdən qorxumuz yoxdur» və bu kimi təhqirlərlə vətəndaşa çıxış qapısını «göstəriblər».
Vətəndaşın yazdığı məktubun son cümləsi: «…Burda məsələ tək mənə dəyən ciddi maddi ziyandan getmir. Burda məsələnin mənəvi tərəfi çox böyük əhəmiyyət kəsb edir. Birincisi mən özümü aldadılmış ,təhqir olunmuş hesab edirəm. Bu faktdır. İkincisi mən həm hüquqi instansiyalara, həmdə Ölkəmizin Prezidenti Cənab İlham Əliyevə, birinci xanımı Mehriban Əliyevaya məktub ünvanlayacam. Bucür fırıldaqçı şirkətlər aşağı səviyyədə yaşayan, zorla dolanan insanları ölkə rəhbərliyindən qəsdən narazı salmaqla məşğuldurlar. Bu «özbaşınalığın» qarşısı dərhal alınmasa gələcəkdə ciddi fəsadlar olacaq…»
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
“BERMUD ELECTRONİCS”dən növbəti saxtakarlıq-CİNAYƏT